Rəhbərlik
AHİK-in katibi - Aparat rəhbəri
Həsən Şahhüseyn oğlu Cəfərov
1956-ci ildə anadan olmuşdur. 1980-ci ildə N.E.Bauman adına Moskva Ali Texniki məktəbi bitirmişdir.Əmək fəaliyyətinə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xüsusi nəqliyyat təmiri zavodunun baş ustası kimi başlamışdır. 1982-ci ildən Yerli Sənaye və Məişət Kommunal müəssisələri fəhlələrinin Respublika Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi, 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri, 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri, 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəridir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.
Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə «Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüb.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasəna Həsən Şahhüseyn oğlu Cəfərov Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
Bir sıra beynəlxalq həmkarlar ittifaqları birliklərinin medalları ilə təltif edilib. Evlidir. Bir övladı var.
AHİK-in katibi-maliyyə şöbəsinin müdiri
Qalib Ataş oğlu Qəribov
1959-cu ildə anadan olmuşdur. 1981-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə 1976-cı ildə Zaqafqaziya neft kəmərləri idarəsinin Abşeron rayon şöbəsinin fəhləsi kimi başlamış,1979-cu ildən Bakının 26 Bakı komissarları rayonu maliyyə şöbəsində dövlət gəlirləri üzrə iqtisadçı vəzifəsində çalışmışdır. 1983-cü ildən Azərbaycan Həmkarlar İttifaqları sistemində çalışır. 1993-cü ildən AHİK-in maliyyə şöbəsinə rəhbərlik edir, 2006-cı ildən isə AHİK-in katibi-maliyyə şöbəsinin müdiridir.AHİK-in Məclis üzvüdür. Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə «Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamı ilə Qalib Ataş oğlu Qəribov "Tərəqqi" medalı ilə təltif olunub. Evlidir. Üç övladi var.
AHİK-in katibi
Kazım Vəli oğlu Teymurlu
1956-cı ildə anadan olmuşdur. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə 1980-ci ildə fəhlə kimi başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, 1990-cı ildə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. 1992-ci ildə AHİK sədrinin birinci müavini seçilmiş, həmin vəzifədə 1995-ci ilədək işləmişdir. 1995-2006-cı illərdə AHİK sədrinin məsləhətçisi, 2006-cı ildən AHİK-in katibidir. AHİK-in Məclis üzvüdür. Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə «Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamı ilə Kazım Vəli oğlu Teymurlu "Tərəqqi" medalı ilə təltif olunub. Evlidir. Üç övladi var.
AHİK-in Katibi, Audit şöbəsinin müdiri
Aslan İlham Rafiq oğlu
1982-ci ildə anadan olmuşdur. 2005-ci ildə Azərbaycan dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakultəsini bitirmişdir. Əmək
fəaliyyətinə 2005-ci ildə Naxçıvan MR Vergilər nazirliyində şöbə müdiri kimi
başlamış, 2008-ci ildən Azərbaycan respublikası Vergilər nazirliyində müxtəlif vəzifələrdə
çalışmışdır. 2015-ci ildə İkinci təhsil kimi Naxçıvan Dövlət Universitetinin
Hüquq fakultəsini bitirmişdir. 2016-cı ildən Azərbaycan Həmkarlar İttifaqları
sistemində çalışır. 2016-cı ildən AHİK-in Audit şöbəsinə rəhbərlik edir, 2017-ci
ildən isə AHİK-in katibi - Audit şöbəsinin müdiridir. Evlidir,
iki övladı var.