Üzv təşkilatlar
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti
Yusifov Bəkir Aslan oğlu
12 noyabr 1956-cı ildə Azərbaycan
Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, təhsili ali,
1983-cü ildə Vladimir İliç Lenin adına (indiki N. Tusi adına) Azərbaycan
Pedoqoji İnstitunu bitirib.
Əmək fəaliyyətinə 1977-1980-ci illər ərzində
SSRİ Kommunist Partiyasının XXI Qurultayı adına gəmiqayırma zavodunda fəhlə,
texnik-konstruktor kimi başlayıb.
1980-1981-ci illərdə 10 nömrəli texniki peşə məktəbində
istehsalat təlimi üzrə usta, 1981-1984-cü illərdə Azad Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində
işləyib.
1990-1991-ci illərdə Azərbaycan Ziyalılarının
Demokratik İttifaqının Respublika İdarə Heyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində
çalışıb.
1991-1992-ci illərdə Elektrostansiyalar və
elektrotexniki sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı
vəzifəsində işləyib.
1992-ci ildə Aviasiya işçiləri həmkarlar
ittifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1993-cü il dən 2020-ci ilədək Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri olub.
2003-cü ildə Rusiya Mülki Aviasiyasının “80
illik”, 2005-ci ildə Rusiya Müstəqil Həmkarlar İttifaqlarını “100 illik”,
2007-ci ildə Rusiya Mülki Aviasiyasının “85 illik”, 2012-ci ildə “90 illik”
yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə (25 oktyabr 2005-ci il 1063 S) “TƏRƏQQİ” medalına layiq görülüb.
2006-cı il 18 oktyabr tarixində Ümumittifaq Həmkarlar
İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar hərəkatındakı
fəaliyyətinə görə”, 2012-ci il 10 apreldə isə ”20 illik”, 2017-ci ildə isə “25
illik” gümüş yubiley medalları ilə təltif olunub.
2006-cı il 24 oktyabrda Belorusiya Həmkarlar
İttifaqları Federasiyasının “100 illik yubileyi medalı”-na, 2015-ci il 24
sentyabrda isə “110 illik yubileyi medalı”-na, 2008-ci ildə Azərbaycan Respublikası
Dövlət Mülki Aviasiya Administrasiyasının 19 nömrəli Əmri ilə “Şərəf Nişanı” na,
2013-cü ildə isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Azal) “75
illik” yubiley medalına layiq görülüb.
2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “20 illik” yubiley döş nişanı ilə, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
ilə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ”
ordeni ilə təltif olunub.
2016-cı il noyabr ayının 11-də Beynəlxalq
Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri seçilmişdir.
2016-cı ildə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar
İttifaqları Birliyinin “20 illik” yubiley döş nişanı ilə 2018-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin “Mülki aviasiya sahəsində xidmətlərinə
görə” medalı ilə təltif edilib.
2019-cu ilin aprelində Beynəlxalq Aviasiya
İşçiləri Həmkarlar İttifaqları Birliyinin “Xidmətlərinə görə” döş nişanına və Beynəlxalq Əmək Təşkilatının yaranmasının 100
illiyi münasibətilə Fəxri
diploma layiq görülüb.
Ümumittifaq Həmkarlar İttifaqları
Konfederasiyasının üzvüdür.
2021-ci il 30 aprel tarixində keçirilən Metal İşçiləri Həmkarlar İttifaqının Məclisində Federasiyanın prezidenti seçilib.