AZ | RU | EN

AHİK-də beynəlxalq müşahidəçilərlə görüş keçirilib

25 Sep 2016

2016-cı il sentyabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyasını qəbul edib.

MDB PA-nn iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin alı qanunverici orqanlarının nümayəndələrindən ibarət missiyanı salamlayan S. Mehbalıyev "Vətəndaş Cəmiyyəti" Referendum üzrə Təşviqat Qrupunun işi barədə qonaqlara məlumat verib.
Görüş iştirakçılarını maraqlandıran  məsələlər barəsində fikir mübadiləsi aparılıb.