AZ | RU | EN
AZ | EN | RU

“Bakı Marafonu”nun medalçıları sırasında üç metropolitençi də var

05 May 2019

Müəssisəni yürüşdə beş nəfər təmsil edib

Mayın 5-də   “Küləyə qalib gəl” devizi altında artıq dördüncü ildir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu” Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihənin məqsədi sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafına dəstək göstərmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.
Bakı Metropoliteni kollektivinin nümayəndələri də marafonda iştirak ediblər.    Marafonda metronu təmsil edən 5 nəfər arasında və ən yaxşı nəticəyə nail olan qatar maşinisti Əli Nəcəfov 173-cü, depolar üzrə iş departamentinin çilingəri Emil Orucov  484-cü, qazanxana maşinisti İntizam Bayramov 662-ci yer tutublar. Tunel qurğuları istehsalat texniki şöbənin tekniki Namaz Namazov yarışda zədə alıb və finişə çata bilməyib.
Mayın 13-də Metropoliten İşçiləri Həmkarlar İttifaqında marafon iştirakçıları ilə keçirilən tədbirdə qurumun sədri Arif Mərdanov yarış iştirakçılarını təbrik edib.
- "Əsas iştirakdır" – olimpiya devizi, artıq ənənəyə çevrilmiş bu kütləvi idman təşəbbüsünə metropolitençilərin də qoşulması bütün kollektivdə rəğbətlə qarşılanıb. Çünki ən xeyirxah məqsədlərdən biri kimi bu yürüş sağlamlığın təbliğinə böyük dəstək verir, - deyən Arif Mərdanov onlara növbəti yarışlarda uğurlar arzulayaraq  təşkilat komitəsinin təqdim etdiyi medalı, təşəbbüskarlığa və idman əzminə görə MİHİ-nin mükafatını təqdim edib.
Qeyd edək ki, "Bakı Marafonu"nun əsasnaməsinə görə, yürüşdə ilk min yeri tutan iştirakçılar xatirə medalı ilə təltif olunur. 

FAYDALI KEÇİDLƏR