AZ | RU | EN
AZ | EN | RU

Həmkarlar ittifaqı üzvlərinin və onların uşaqlarının yay istirahətlərinin təşkili müzakirə olunub

14 Jun 2019

İyun ayının 14-də Nabranda yerləşən “Ülfət” İstirahət Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DIIXI HI) Respublika Komitəsinin növbəti səyyar geniş iclası keçirilib. 

İclasda Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Respublika Komitəsinin aparat işçiləri, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Asan xidmət” həmkarlar ittifaqı komitələrinin sədr və mühasibləri iştirak ediblər.
 İclasın gündəliyi barədə Respublika Komitəsinin sədri Hikmət Osmanov məlumat verib. İclasda bir neçə həmkarlar ittifaqı sədrinin yubileyləri münasibətilə təltif edilmələri, həmkarlar ittifaqı təşkilatlarına yeni seçilmiş sədrlərin təsdiqi, şəhər, rayon, birləşmiş və Respublika Komitəsinə birbaşa çıxan ilk həmkarlar ittifaqı təşkilatlarına cari ilin aprel-may aylarında keçirilmiş hesabat-seçki yığıncaqlarının nəticələri, “Ülfət” İstirahət Mərkəzində təmir işlərinin yekunları və sair məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin “Ülfət” İstirahət Mərkəzində həmkarlar ittifaqı üzvlərinin və onların uşaqlarının yay istirahətlərinin təşkili ilə bağlı məsələyə baxılıb.
Sonda tədbir iştirakçıları yeni təmirdən çıxmış “Ülfət” İstirahət Mərkəzində yaradılan şəraitlə tanış olublər.

FAYDALI KEÇİDLƏR