İşçilərin hüquq və mənafelərinin qorunması qarşıda duran başlıca vəzifədir
01 Jun 2017
İyunun 1-də "Xidmət- İş" Həmkarlar İttifaqları Federasiyasının IV qurultayı keçirilib. Qurultay nümayəndələri əvvəlcə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzüblər.
Federasiyasının prezidenti İlyas Əliyev
qurultayı açaraq nümayəndələri gündəlikdə duran məsələlərlə tanış edib. Hesabat
məruzəsi ilə Federasiyanın birinci vitse- prezidenti Sadət Tahirova çıxış edərək
deyib ki, bu gün "Xidmət-İş" HİF könüllülük və bərabərlik prinsipləri
əsasında 700-ə yaxın həmkarlar ittifaqı təşkilatını, 50 minə yaxın həmkarlar
ittifaqı üzvünü öz sıralarında birləşdirir.
İndiki şəraitdə Federasiyanın və onun üzv təşkilatlarının
əsas məqsədi sahədə çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, keçirilən
tədbirlərdə sosial əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin həlli üçün daha
yeni yolların axtarıb tapılmasıdır.Ötən müddət ərzində qarşımızda duran ən
mühüm vəzifələrdən biri xidmətimizə daxil olan bütün idarə və təşkilatlarda əmək
müqaviləsinin bağlanmasına nail olmaqdır.
2012-ci illə müqayisədə son
illərdə sahə üzrə bağlanan kollektiv müqavilələrin 95 %-i özəl müəssisə
və təşkilatların payına düşür.
Həmkarlar ittifaqları
sistemində təşkilatlanma işi önəmli olduğu üçün qurultaydan ötən illər ərzində
Federasiyanın şəhər, rayon həmkarlar ittifaqı komitələri tərəfindən aparılan
maarifləndirmə və təşkilatçılıq işinin sayəsində işəgötürənlərin müqavimətinə
baxmayaraq, bir sıra müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaradılıb.
Hazırda sahədə 642-yə yaxın özəl
müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir və orada həmkarlar
ittifaqı üzvlərinin sayı 40 minə yaxındır. Məhz Federasiyanın yaxından iştirakı
ilə "Turanbank"ASC, "Yeni bulvar" MMC,
"Azinterbiznes" MMC, "Chinar Hotel & Spa" Naftalan,
"Azinterturizm" MMC "Qala Altı Hotel & Spa"
filiallarında, "N.A.N.T." MMC,"Gözəllik Gəncə Xanımlar
klubu"nda həmkarlar ittifaqı təşkilatının yaradılmasını və möhkəmləndirilməsini
xüsusi qeyd etmək istəyirəm. Hazırda "Saloğlu"MMC, "Delta Qrup
C.O." MMC də bir neçə banklarla, həmkarlar ittifaqı təşkilatının
yaradılması ilə əlaqədar danışıqlar gedir.
Nəzərinizə çatdırmaq istəyirəm
ki, son zamanlar sahəyə aid şadlıq evlərinin və bu tipli müxtəlif obyektlərin fəaliyyət
göstərməsi yeni iş yerlərinin açılması deməkdir. Əldə etdiyimiz məlumatlara əsasən,
ancaq Bakı şəhərində 450-yə yaxın şadlıq evi fəaliyyət göstərir ki, onların da
hər birində 35-80 nəfərə qədər işçi çalışır. Lakin bu şadlıq evlərinin əksəriyyətində
həmkarlar ittifaqı yaratmaq, işçiləri isə həmkarlar ittifaqı üzvlüyünə cəlb etmək
məsələsi hələ də müşkül məsələlərdəndir.
Etiraf edirik ki, bu
kateqoriyaya aid işçilərin həmkarlar ittifaqı üzvlüyündən kənarda qalması,
onların qanunvericilikdə nəzərdə tutulan sosial-iqtitsadi müdafiədən məhrum
olması yolverilməz haldır.
III qurultaydan sonra sahə
işçilərinin əməyinin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz əmək şəraitinin
yaradılması üçün həmkarlar ittifaqları sağlam və təhlükəsiz iş şəraitinin təmin
olunmasına nəzarəti artırıb,
kollektiv müqavilələrlə tənzimlənməsinə çalışıbdır.
Federasiyanın işçiləri hər
il respublikanın 10-a yaxın rayonuna ezam edilib, təşkilatlarda işçilərin iş
şəraiti öyrənilib,
müxtəlif mövzularda seminarlar keçirilib.
Bu dövrdə Federasiyanın texniki əmək müfəttişləri
182-dək sahə müəssisə və təşkilatlarda yoxlama aparılıb, o cümlədən 9 dövlət nəzarət
orqanları ilə birgə 156 təqdimat verilib, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə 691 pozuntu aşkar edilib, müəssisə rəhbərləri və HİK sədrlərinə
təqdimatlar verilib. Əməyin mühafizəsi və istehsalat xəsarəti ilə əlaqədar ödənclərin
verilməsi ilə bağlı 9 şikayət və ərizəyə baxılıb. Həmkarlar
ittifaqının müdaxiləsindən sonra dəymiş ziyan ödənilib.
İstehsalatda bədbəxt hadisələrin qarşısının
alınması ilə əlaqədar 30-a yaxın məsələ müzakirəyə çıxarılıb, qəbul olunan qərarların
təmin olunması aidiyyəti olan məsul şəxslərdən tələb olunubdur.
Bəzi işəgötürənlər maksimum gəlir
əldə etməyi düşünərək insanların sağlamlığını arxa plana keçirir, işçilər isə
iş yerini itirmək qorxusundan hər cür əmək şəraitində işləməyə razılıq verirlər.
Hesabat dövrü ərzində
sahə həmkarlar ittifaqı orqanlarına işçilərin əmək, sosial-iqtisadi
hüquqlarının pozulması, maddi yardım göstərilməsi və s. məsələlər ilə əlaqədar ərizələr
daxil olub və əksəriyyəti
öz müsbət həllini tapıbdır.
Federasiyaya və üzv təşkilatlardan daxil olan 12673 ərizə və müraciətlərin
12649-u müsbət həll olunub.
Həmkarlar ittifaqının nümayəndələri
7 mübahisəli məsələnin araşdırılmasında məhkəmə proseslərində iştirak ediblər.
Federasiya İUF və UNİ,
Beynəlxalq Həmkarlar İttifaqı Birliyi (Ticarət, ictimai iaşə, kooperasiya və
digər xidmət sahələri işçiləri HİK), "StreetNet İnternational"
Beynəlxalq Birliyi kimi oxşar sahə həmkarlar ittifaqları ilə işgüzar münasibətlər
qurub və
beynəlxalq həmkarlar ittifaqı hərəkatında layiqincə təmsil olunmağla yanaşı,
icraedici orqanlara üzv seçilib.
Gənclərin və qadınların hüquq
və mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb
edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması Federasiyanın fəaliyyətinin
əsasını təşkil edir.
Sahə həmkarlar ittifaqı üzvlərinin
istirahəti və sağlamlığının bərpasının təşkili ilə bağlı əsaslı tədbirlər
həyata keçirmişik. Belə ki, hesabat dövründə sahədə çalışan 10 mindən
artıq həmkarlar ittifaqı üzvü sanatoriya və turist bazalarına yollayışla
təmin olunubdur.
Biz, qurultay iştirakçıları, AHİK sədri,
millət vəkili Səttar Möhbalıyevin respublikamızın ictimai
siyasi həyatdakı rolunu,
beynəlxalq həmkarlar ittifaqı hərəkatındə böyük nüfuzunu nəzərə alaraq AHİK-in V
qurultayında
S.Möhbalıyevin yenidən sədr seçilməsini təklif edirik.
Məruzədən sonra çıxış edənlər
görülən işlərdən və mövcud problemlərdən danışıblar. Təftiş komissiyasının hesabatı
dinlənilib. Sonra
Federasiyanın 2017-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müzakirə
olunub.
Federasiyanın prezidentinin
yekun çıxışından
sonra təşkilati məsələlərə baxılıb. İlyas Əliyev yenidən Federasiyanın prezidenti, Sadət
Tahirova birinci, Camaləddin İsmayılov və Xəyyam Nəsibov vitse-prezidentlər
seçiliblər.
Sonda fərqlənən ittifaq üzvlərinə
Fəxri fərmanlar və mükafatlar təqdim edilib.