AZ | RU | EN
AZ | EN | RU

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olmuşdur

26 Dec 2014

Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları  salamlayaraq ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında  mütəmadi olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır. Qonaqlara  Azərbaycan Həmkarlar İttifaqlarının  fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri haqqında  məlumat verən AHİK sədri  daha sonra Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından,  səhiyyə, idman və digər sosial obyektlərin tikintisinin geniş vüsətlə davam etdirilməsindən, yeni iş yerlərinin açılmasından və s. söhbət açmışdır.

26.12.14.1 26.12.14.2

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin sürətlə inkişaf etməsindən bəhs edən S.Mehbalıyev ölkəmizin  qardaş Türkiyədə irimiqyaslı sərmayələr qoymasından, geniş həcmli yeni layihələrə imza atmasından danışaraq bildirmişdir ki, Türkiyədə çoxlu sayda  Azərbaycan şirkətləri fəaliyyət göstərir, tanınmış iş adamları öz fəaliyyətlərini genişləndirir, yeni-yeni sahələrdə iri layihələr həyata keçirirlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri də öz fəaliyyətlərini daha da genişləndirir, ölkəmizə maraq göstərən türkiyəli iş adamlarının  sayı durmadan artır.

AHİK sədri bildirmişdir ki, İki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və işgüzar əlaqələrinin  möhkəmlənməsini şərtləndirir və qarşımızda duran ümdə vəzifələrdən biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri Mücayit Özdəmir ölkəmizə  səfərləri  zamanı nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə  AHİK sədrinə öz təşəkkürünü bildirmiş, bu cür görüşlərin hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasındakı sıx əlaqələrin bundan sonra da davamlı inkişafına təkan verəcəyinə  əminliyini ifadə etmişdir.


FAYDALI KEÇİDLƏR