111 aztəminatlı ailəyə yardım edildi
20 May 2020
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin pandemiya ilə bağlı həyata keçirdiyi tədbirlər davam etdirilir. Respublika Komitəsinin aparat işçiləri, həmçinin Hİ-nın şəhər və rayon komitələri bölgələrdə xüsusi yardıma və qayğıya ehtiyacı olan 111 aztəminatlı ailəyə ərzaq yardımı paylayıb, 892 nəfər həmkar ittifaqı üzvünə maddi yardım verilib, həmçinin iş yerlərində virusdan qorunmaq üçün ümumi sayı 7918 ədəd qoruyucu maska, əlcək, spirt və dezinfeksiyaedici maddələr alınıb. Koronovirusla Mübarizəyə Dəstək Fonduna üzvlərin öz şəxsi vəsaitləri hesabına 1020 manat pul köçürülüb.