AZ | RU | EN
AZ | EN | RU

2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilib

02 Feb 2016

2 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Sonra tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etdi.
Çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını qeyd etdi.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu bildirdi və qeyd etdi ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında ümummilli liderin xüsusi əməyinin olub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu söylədi. Sədr müavini vurğuladı ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb.
Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gənclərə xalqa xidmət istiqamətində gördükləri işlərdə uğurlar arzuladı və bildirdi ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra gənclər xüsusi diqqət və qayğı ilə əhatə olunub və bu gün də möhtərəm Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

FAYDALI KEÇİDLƏR