AZ | RU | EN

20 Yanvar şəhidlərinin ailələri AHİK-də toplaşdılar

11 Jan 2013

13.01.12.31990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi hər il dövlət səviyyəsində böyük ehtiramla yad edilir.

 

Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir çox işlər

13.01.12.1görmüşdür. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsini uca tutması, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərməsi Ulu öndər ənənəsinin bir nümunəsidir.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da xalqın azadlığı uğrunda canını qurban vermiş  20 Yanvar şəhidlərinin ailə üzvlərinə diqqət və qayğı ilə yanaşmışdır. Hər il olduğu kimi, bu il yanvar ayının 11-də 124 şəhid ailəsinin hər birinə 100 manat məbləğində maddi yardım edilmişdir. Şəhid ailələrinin müraciətlərinə baxılmış və müvafiq göstərişlər verilmişdir.

 AHİK-in sədri, millət vəkili S. Mehbalıyev «20 Yanvar Şəhid ailələri» Cəmiyyətinin sədrini qəbul etmiş, şəhid ailələrinin qayğıları ilə maraqlanmış, onlara imkanlar çərçivəsində köməklik göstəriləcəyini diqqətə çatdırmışdır.