20 Yanvar şəhidlərinin ailələri ilə görüş
17 Jan 2011
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. «Azərbaycan Həmkarlar İttifaqı Təşkilatları xalqın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz tutur. Gündəlik fəaliyyətimizdə şəhid ailələrinə yardımların göstərilməsi, güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi istiqamətində görülən işlər mütəmadi olaraq davam etdirilir. Problemlərinin, gündəlik qayğılarının həll edilməsi ilə bağlı bizim təşkilatlara edilən müraciətlərə diqqətlə yanaşılır. Biz bu yöndə işimizi bundan sonra da davam etdirəcəyik, xalqımızın şəhidlik zirvəsinə ucalmış övladlarının ailələrinin hər bir qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşacağıq», - deyə İ.Əliyev bildirib.
İ.Əliyev qeyd edib ki, AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, hər il 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım göstərilir.
Qeyd edək ki, tədbirdə iştirak edən 125 şəhid ailəsinin hər birinə 100 manat məbləğində maddi yardım edilib.