2018-2019 –cu illərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklər
01 Oct 2019
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı
bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək
məqsədilə qərara alır:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə
143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə
2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə
10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə
672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, №
10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220,
222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, №
5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049,
1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11,
maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr
949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2,
maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013,
№ 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162,
№ 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6,
maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə
1767; 2017, № 6, maddələr 1031, 1048; № 12 (I kitab), maddələr 2187, 2189;
2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I
kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570; Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1551-VQD nömrəli və 9 aprel tarixli
1562-VQD nömrəli qanunları) 12-ci maddəsinin 1-ci hissəsinin “x” bəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə
aşağıdakı məzmunda “ı” bəndi əlavə edilsin: