AZ | RU | EN
AZ | EN | RU

28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir

13 Apr 2011

28may1Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Mərasimdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını xatırladaraq demişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın azadlıq uğrunda mübarizəsinin parlaq nümunəsinə çevrilmiş, müasir dövlətimizin ləyaqətli və şərəfli sələfi olmuşdur. Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə, demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran Səttar Mehbalıyev, müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyini, dinamik inkişaf etdiyini, regionda və dünyada lider dövlətə çevrildiyini vurğulamışdır.

Tədbirdə çıxış edən İqtisad Universitetinin dosenti, tarix elmləri doktoru V.Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, o dövrün ictimai-siyasi prosesləri, respublikanın süqutuna zəmin yaratmış səbəblər barədə iştirakçılara məlumat vermişdir.

28may3 28may-2

FAYDALI KEÇİDLƏR