AZ | RU | EN
AZ | EN | RU

AHİK-in III Məclisinin qərarı

30 Dec 2010

 

AHİK-in Məclisi “Əməkçi miqrantların sosial iqtisadi problemlərinin həllində həmkarlar İttifaqı təşkilatlarının vəzifələri haqqında” məruzəni dinləyərək qeyd edir ki, miqrasiya prosesləri milyonlarla insanların mənafeyini əhatə edən mühüm qlobal problemlərdən biridir, bir çox ölkələrin əmək bazarına, onların iqtisadi, sosial və demoqrafik göstəricilərinə təsir edir, bərabər və dayanıqlı inkişafın əsasını təşkil edir.

BƏT-in cari ilin dekabr ayında açıqlanmış “Azərbaycanda miqrasiya və inkişaf. Ölkə üzrə tədqiqat” adlı hesabatına görə, hər il yüz minlərlə azərbaycanlı əmək miqrantı xaricdə əmək fəaliyyəti ilə məşğul olur. 1989-2007 illərdə Azərbaycan Respublikasının ərazisini 418 min nəfər tərk etdiyi halda, buraya 425 min nəfər gəlmişdir ki, bu da miqrasiya saldosunun müsbət olduğunu göstərir. Azərbaycan əmək miqrasiyası (həm mənşə, həm də təyinat) ölkəsi kimi tanınır.

AHİK, BƏT, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Hökümət qurumları və üzv təşkilatlarının iştirakı ilə “Miqrasiya və İnkişaf” mövzusunda silsilə seminarlar keçirmiş, həmkarlar İttifaqlarının qarşısında duran vəzifələri müzakirə edərək, fikir mübadiləsi aparmışdır. Keçirilən tədbirlərdə birmənalı təsdiq edilmişdir ki, miqrasiya faktiki olaraq insanların hərəkətindən ibarət olduğu üçün, onun əsas məzmunu dinamik xarakter daşıyacaq, prosesin təsir sahələri və isitqamətləri dəyişməkdə davam edəcəkdir. Bu tendensiya milli səviyyədə də muşahidə olunur.

Əmək miqrasiyasi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyəti davam etdirilməsi, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi,   dövlət sosial proqramlarının dəstəklənməsi barədə tədbirlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Sahıbkarlar (Işəgötürənlər) Təşkılatlarının Mıllı Konfederasıyası ilə 2010-2011-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişə daxil edilməsi ölkəmizdə miqrasiya məsələlərinin tənzimlənməsinə xidmət edir.

Miqrant işçilərin hüquqlarının qorunması məqsədi ilə AHIK, xariji ölkələrin həmkarlar təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradır. Moskva və Yekaterinburq şəhərlərində görüşlər keçirilmiş, ölkəmizdən olan əmək miqrantlarının Rusiya həmkarlar İttifaqı üzvlüyünə cəlb etməklə, onların qanuni hüquqlarının qorunması barədə razılıq əldə edilmişdir. Gürcüstan Həmkarlar İtifaqları Konfederasıyası ilə genış əməkdaşlıq qurmaq, o cümlədən mıqrasıya proseslərınə dıqqət yetırmək barədə memorandum imzalanmışdır.

AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “İnsan Alveri və Məcburi Əməyə Qarşı İnformasiya və Resurs Mərkəzi (IRM) yaradılmış, İnternet saytı və “Qaynar xətt” telefonu fəaliyyət göstərir.

Məclis qeyd edir ki, əmək miqrantları üçün elə şərait yaradılmalıdır ki, onlar hər yerdə ölkəyə giriş-çıxış qaydaları və öz hüquqları barədə məlumat almaları imkanlarını əldə edə bilsinlər, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunsunlar və təşkilatın imtiyazlarından istifadə etsinlər.

 

AHİK-in Məclisi məruzə və çıxışları dinləyərək qərara alır:

 

1. “Əməkçi miqrantların sosial iqtisadi problemlərinin həllində həmkarlar İttifaqı təşkilatlarının vəzifələri haqqında” məruzə bəyənilsin.

 

2. AHİK, üzv təşkilatlarına əmək miqrantları arasında təbliğatı güjləndirmək, onları öz sıralarına cəlb etmək, sosial iqtisadi problemlərinin həllində fəal iştirak etmək üçün aşağıdakıları tövsiyyə edir:

 

- beynəlxalq konvensiyaların ratifikasiya edilməsinə, ölkədə davamlı iqtisadi inkişafa yönəldilmiş, hər kəsin, o cümlədən əcnəbi işçilərin layiqli əmək məşğulluğuna, yoxsulluqun və istismarın aradan qaldırılmasına istiqamətlənmiş əməkdaşlıq və yardım proqramları dəstəklənsin:

 

- əmək miqrasiyası axınlarına nəzarət gücləndirilsin, miqrantların hüquqlarının pozulmasına   şərait yaradan sui-istifadənin aradan qaldırmaq məqsədilə ijra orqanları, işəgötürənlərlə dialoq davam etdirilsin;

 

- sahələr üzrə əmək miqrantlarının həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinə, milliyətçilik, irqçilik və ksenofobiya hallarına yol verilməməsinə yonəldilmis əməkdaşlıq üçün ikitərəfli, çoxtərəfli və beynalxalq sazişlərin baglanmasına və icrasına səylər artırılsın;

 

- əmək miqrantlarının inteqrasiyasının sadələşdirilməsinə yönəldilmiş milli və beynəlxalq qanunvericilik və nizamlanma dəstəklənsin;

 

- qeyri –qanuni daşıma və insan alveri ilə məşğul olan agentliklərin aşkarlanmasına yardım edilsin, beynəlxalq standartlara uyğun əmək müqaviləsinin tətbiqinə köməklik gostərilsin, əmək miqrantlarının həmkarlar İttifaqlarının məlumat xidmətlərinə çıxısları təmin edilsin;

 

- həyata keçirilən butün işlərdə həmkarlar ittifaqlarının mətbu orqanlarından (“Ülfət”, «Təhsil işçisi» və b.), mövcud saytlarından, digər kütləvi informasiya vasitələrindən, həmçinin Əmək və Sosial Münasibətlər Akademiyasının elmı-metodiki potensialından istifadə edilsin.

 

3. Əməkçi miqrantların sosial iqtisadi problemlərinin həlli üçün həmkarlar İttifaqı təşkilatlarının fəaliyyət proqramının hazırlanması və AHİK-in İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılması AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə (N.Hüseynov) həvalə edilsin.

 

4. Qərarın icrasına nəzarət AHİK sədrinin birinci müavini İ.Əliyevə tapşırılsın.


FAYDALI KEÇİDLƏR