Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illik yubileyi qeyd olunmuşdur
09 Jun 2010
Tədbirdə Azad Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov, 20-dən artıq ölkədən gəlmiş qonaqlar, ali təhsil məktəblərin rektorları və basşqaları iştirak etmişlər.
Yubiley mərasimini giriş sözü ilə açan Səttar Mehbalıyev bildirmişdir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 1920-ci ilin iyun ayının 9-da yaradılıb. Onun sözlərinə görə, ittifaq yarandığı vaxtdan bu günə kimi müəllimlərin, təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərin təşkilində, uşaqların istirahət düşərgələrinə göndərilməsdində çox böyük xidmətləri olub. O vurğulayıb ki, ittifaq bir sözlə öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənfelərini müdafıə edir.
S.Mehbalıyev qeyd etmişdir ki, yarandığı ilk günlərdən təşkilat əsasən maarif, mədəniyyət müəssisələri, klub və kitabxanalarda çalışan işçiləri ittifaqa cəlb etməklə yanaşı azsavadlı təbəqənin savadlanması üçün geniş fəaliyyət göstərib.
“Bu gün təşkilat öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisi və tələbəni birləşdirir. İttifaq üzvlərinin 251299 nəfəri qadınlar, 133181 nəfəri isə kişilərdir. İttifaq üzvləri arasında gənclərin sayı 76514 nəfərdir. Təşkilatın beynəlxalq əlaqələri də günü-gündən genişlənir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2000-ci ildən ştab-qərargahı Brüssel şəhərində yerləşən, öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən “Beynəlxalq Təhsil Birliyi”nin üzvüdür. Sahə komitəsi eyni zamanda 2006-cı ildən Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan təhsil işçilərini birləşdirən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin də üzvüdür”, - deyə o əlavə etmişdir.
AHİK-in sədri daha sonra vurğulamışdır ki, yubileylə əlaqədar Azərbaycan Respublikasının Prezidenti iki sərəncam imzalanıb. Onun sözlərinə görə, ittifaqın 11 nəfər fəalı “Tərəqqi” medalına, 11 nəfəri isə “Əməkdar mədəniyyət işçisi” fəxri-ada layiq görülüb, Təhsil Nazirliyi ittifaqın 24 nəfər fəal üzvünü “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 22 nəfər həmkarlar ittifaqı fəalın “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə, 41 nəfəri AHİK-in Fəxri Fərmanı ilə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti isə 46 nəfər fəal ittifaq üzvünün Fəxr Fərmanla təltif edilməsi barədə qərar qəbul edib.
Tədbirin davamında “Tərəqqi” medalına, “Əməkdar mədəniyyət işçisi” fəxri-ada, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, “Həmkarlar ittifaqında xidmətə görə” medalına layiq görülən qaliblər mükafatlandırılmışdır.S
onra 20-dən artıq ölkədən gəlmiş qonaqlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı S.Mehbalıyev tərəfindən qəbul edilmişdir.