AHİK-də GÖRÜŞ
16 Aug 2010
O, bildirmişdir ki, bu il 90 illik yubileyini qeyd etmiş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz sıralarında 380 min üzvü, 6 min ilk təşkilatı birləşdirir. Qurum Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməklə üzvlərinin hüquqlarının layiqli müdafiəçisi rolunda çıxış edir. S.Mehbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı görülən işlərdən danışaraq qeyd etmişdir ki, hər il dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi artırılır. Bu isə dövlətin təhsilin inkişafında maraqlı olmasından xəbər verir.
Səmimi qəbula görə S.Mehbalıyevə təşəkkürlərini çatdıran Bolqar Müəllimlər Birliyinin sədri Janka Takeva demişdir ki, başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanda göstərilən münasibətdən məmnundur. "Biz səfər çərçivəsində bir kənd məktəbinə baş çəkdik və məktəbin imkanlarının yüksək səviyyədə olduğunu gördük", - deyən J.Takeva vurğulamışdır ki, bizim xalqlarımız arasında bir çox oxşar xüsusiyyətlər var. O, S.Mehbalıyevi Bolqar Müəllimlər Birliyi adından öz ölkəsinə dəvət etmişdir.
Qeyd edək ki, görüş zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bolqar Müəllimlər Birliyi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi də imzalanmışdır. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması və s. məsələlər öz əksini tapmışdır.