AHİK-də əlaçı tələbələrə adlı təqaüdlər təqdim edilib
26 Oct 2016
Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəal olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləi Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Bu
münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli
Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə təhsilin inkişafına xüsusi dövlət
qayğısından danışıb.
Dövlət
gənclər siyasətinin uğurlu nəticələrindən söz açan S.Mehbalıyev bildirib ki,
rəhbərlik etdiyi qurum gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün
müxtəlif tədbirlər həyata keçirir. Bununla yanaşı aztəminatlı
ailələrdən olan tələbələrin sosial təminatının yaxşılaşdırılması ilə bağlı
mühüm addımlar atılır. Belə ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən
olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin edilir.
Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü
tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis
edilib.
Mərasimdə
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərində yerləşən 19 ali
məktəbin 58 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib.
Qeyd
etmək lazımdır ki, təsis olunduğu vaxtdan bu günə qədər 1968 tələbə bu ada
layiq görülüb.
Sonda S.Mehbalıyev adlı təqaüdə layiq görülmüş
tələbələri təbrik edib və təhsildə, ictimai işlərində uğurlar arzulayıb.