AHİK-də əməkçi miqrantların sosial – iqtisadi problemləri müzakirə olundu
14 Jul 2016
AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının(BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin bu gün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktopraqla görüşü keçirilib.
Qonağı salamlayan
S.Mehbalıyev qeyd edib ki, bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən
kənarda yaşayır. Ekspertlərin rəyinə görə, istehsal olunan ümumi daxili məhsulun
təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının
hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədi ilə tərk
edib. Ümumilikdə miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq
miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir
və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır.Təbii ki, miqrantlar əsasən inkişaf
etmiş ölkələrə üz tuturlar. Statistik məlumatlar göstərir ki, əməkçi
miqrantların 50 faizi qadınlardır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi,
siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın
geniş vüsət alması ölkəyə kapitalın axınını sürətləndirib, xarici sərmayədarlar
və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb.
S.Mehbalıyev
deyib ki, son illər miqrasiya siyasətini ölkənin iqtisadi inkişafının milli
maraqlarına və tendensiyalarına uyğunlaşdırmaq məqsədilə bir sıra mühüm
addımlar atılıb. Belə ki, 28 fevral 2014-cü ildə Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında
Saziş imzalanıb. Saziş 1 sentyabr 2014-cü ildən qüvvəyə minib. Onun icrasının
həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub. Hazırda
readmissiya haqqında sazişə əsasən, DMX Azərbaycan vətəndaşı ola bilən insanlar
barədə Avropa Birliyi ölkələrindən gələn sorğunu cavablandırır. Ötən əsrin
90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan
vətəndaşlarımızın vətənə qayıdışına böyük maraq müşahidə olunur. Xaricdə
miqrantların sayının hesabatını aparan statistikaya əsasən, Azərbaycandan olan
miqrantların 85 faizi (01 noyabr 2015-ci il üçün 532 min nəfər) Rusiyada, qalan 15 faizi (79,8 min nəfər) digər
ölkələrdə yaşayır.
AHİK
sədri məlumat verib ki, ölkədə miqrasiya
ilə bağlı problemlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Məclisində də müzakirə edilib. AHİK-in irəli sürdüyü bir sıra təkliflər
Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli
Konfederasiyası ilə bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Miqrasiya siyasətinə dair işçi qrupu, əməkçi miqrantların sosial-iqtisadi
problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli
Fəaliyyət Proqramı yaradılıb. İllik hesabat sistemi tətbiq edilib və fəaliyyət
göstərir. Bu hesabat sistemi proseslərə nəzarət etməyə, informasiya mübadiləsi
aparmağa və müəyyən edilmiş fəaliyyəti, o cümlədən əmək miqrantlarının hesabına
həmkarlar ittifaqlarının sıralarını genişləndirməyi planlaşdırmağa imkan verir.
Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər hazırlanılıb. Eləcə də
Azərbaycanda əmək miqrantlarının yaddaş kitabçası dərc olunub, əlalaqə yaradmaq
məqsədilə telefon xətti açılıb.
AHIK bir neçə beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ikitərəfli
sazişlər imzalayıb. Beynəlxalq
Əmək Təşkilatı (BƏT), Ümumhəmkarlar
İttifaqları Konfederasiyası (ÜHİK), Beynəlxalq Miqrasiya Təşkilatı (BMgT), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz
(ICMPD) və digər beynəlxalq
təşkilatlar ilə birgə hədəf layihələr, seminarlar, treninqlər və s. təşkil
olunur. Bunlar arasında “Cənubi Qafqaz Ölkələrində Insan Alverinə Qarşi Cavab Mexanizmlərinin Gücləndirilməsi haqqında
(2008-2010)”,“Rusiya Federasiyasında Əmək miqrantlarının müdafiəsinin gücləndirilməsi
və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması
haqqında (2010-2012)”, “Uşaq əməyinin qarşısının alınması üzrə bacarıqların
inkişafı” (2015-2016) haqqında, “Təhlükəsiz miqrasiya kurslarının təşkili haqqında” (2012-2013) və s. qeyd etmək olar.
Eyni
zamanda Gürcüstan Həmkarlar İttifaqı
Konfederasiyası (Birliyi), Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası
və ayrıca olaraq Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı Federasiyası və
digərləri ilə əməkdaşlıq haqqında protokollar da imzalanıb. Həmin protokollarda
əmək miqrantlarının hüquqlarının müdafiəsi, insan alveri və məcburi əməyin
aradan qaldırılması, əmək münasibətlərində gender bərabərliyinə nail olunması,
əmək münasibətlərində etnik, dini və siyasi diskriminasiyaya qarşı öhdəlilklər
öz əksini tapıb.
S.Mehbalıyev daha sonra deyib ki, insanlar, xüsusən
də gənclər miqrasiya yolunda həmişə çətinliklərlə qarşılaşırlаr. Onlar əhəmiyyətli
maliyyə xərcləri, qohumlar ilə ayrılıq, adi həyat obrazının dəyişməsi, başqa
dil, yeni adamlar, qanunlar və davranış qaydaları ilə qarşılaşır, bunların qəbul
və riayət edilməsində, tələb olunan əlaqələrin qurulmasında cətinliklər çəkir,
bir çox digər problemlərlə rastlaşırlar. Məqsədlərinə çatmaq, nailiyyətlər
qazanmaq üçün onlara yeni - lazımı biliklərin əldə olunmasında yardımlar edilməlidir.
Bunlar ölkəyə giriş və çıxışın, istənilən razılıqların əldə edilməsi, dövətdə əmək
fəaliyyəti zamanı hüquq və vəzifələrinin əvvəlcədən öyrənilməsi və başqa hallar
üzrə biliklərinin öncədən əldə olunmasıdır. Həmkarlar ittifaqları təşkilatları
bu işlərdə yaxından iştirak etməyə çalışır, işləməyə gələnlərin
əməyini yerli əhalinin işi kimi qiymətləndirilməsi üçün mübarizə aparırlar. Öz
məqsədlərinə nail olmaq istəyənlərə, ailəsinin rifahı
naminə evdən kənarda çalışanlara tövsiyə edilir
ki, həmkarlar ittifaqlarına
üzv olsunlar. Nəticədə miqrantlar işəgötürənin özbaşınalığından qorunar,
əmək haqqının artırılması və qanuniləşdirilməsi üçün müəssisə rəhbəri ilə müqavilə bağlamaq imkanı əldə edərlər.
Beynəlxalq
Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktopraq dəyərli
məlumatlara görə AHİK sədrinə təşəkkürünü bildirib və qeyd edib ki, təmsil etdiyi təşkilatın Azərbaycan
Həmkarlar İttifaqları ilə qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsi və
inkişaf etdirilməsi baxımından indiki görüşün böyük faydası oldu. Əməkçi miqrantların üzləşdiyi problemlərin həlli
ilə bağlı AHİK-in atdığı addımları təqdir edən qonaq bildirdi ki, bu sahədə gələcəkdə də birgə səylərin
artırılmasına xüsusi önəm veriləcəkdir.
Görüşdə
müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadıləsi aparılıb.