AHİK-də görüş
27 Dec 2019
Dekabrın
27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Qarabağ
müharibəsi veteranları, aztəminatlı və şəhid ailələrinin üzvləri ilə görüşüb.
AHİK
sədri onları Düuya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə
təbrik edib, problemlərinin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib.
Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi
həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində
atılan addımları da diqqətə çatdırıb.
Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərini, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda görüş iştirakçılarının hər birinə bayram münasibəti ilə maddi yardımlar edilib.