AHİK-də Müqəddəs Ramazan bayramı ilə əlaqədar yardımlar paylanılıb
03 Jun 2019
Hər il olduğu kimi, bu il də Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında aztəminatlı ailələrlə, müharibə və əmək əlilləri ilə görüş keçirilib.
AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev onları qəbul
edərək söhbət edib.
S. Möhbalıyev dövlətimizin
Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə,
eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan ölkə
başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın
bundan sonra da aztəminatlı ailələrin, müharibə iştirakçılarının və əlillərinin,
istehsalat prosesində xəsarət almış insanların həyat şəraitinin, güzəranlarının
daha da yaxşılaşdırılması üçün hər şeyi edəcəklərini iştirakçılara bildirib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının cəmiyyətimizin həssas təbəqələrinə gündəlik
qayğısından söhbət acan AHİK sədri həmişə olduğu kimi, bundan sonra da onların
heç bir problemini diqqətdən kənarda qoymayacaqlarını vurğulayıb. S. Möhbalıyev
iştirakçıların ayrı-ayrılıqda hər birinin ehtiyacı olduqları məsələlər haqqında
fikirlərini dinləyib və həllinə kömək ediləcəyini bildirib.
Sonda iştirakçıların hər birinə maddi yardımlar təqdim
edilib.