AHiK-də qaliblərə mükafatlar təqdim edilib
31 Jan 2017
2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən Futzal idman yarışının, "Nə? Harada? Nə zaman?" intellektual oyununun və “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq Azərbaycanda həyata
keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs
edib.Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən
danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə,
idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki,
müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S. Mehbalıyev bildirib ki, ATİAHİRK tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır.
Təhsil nazirinin müavini Firudin
Qurbanov da çıxış edərək gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə,
idmana olan maraqlarından və uğurlarından danışıb, ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək.
Tədbirdə Bakı, Gəncə,
Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindəki 20 ali məktəbin tələbələri
iştirak ediblər. Futzal üzrə yarışlarda Azərbaycan Dillər Universiteti I, Bakı
Dövlət Universiteti II, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti III yeri
qazanıblar.
"Nə? Harada? Nə zaman?" intellektual oyunun qalibi adını Azərbaycan
Dövlət İqtisad Universitetinin tələbələri qazanıblar. Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri isə II və III
yerləri qazanıblar.
Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş "İlin
peşəkar gənci" müsabiqəsinin fəal iştirakçılarına da mükafatlar təqdim
edilib.
Mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğurlar
qazanmış ümum orta, orta ixtisas və ali təhsil müəssisələrinin 27 nəfər təhsil
işçisi işçiləri də olub. Mərasimdə həmçinin 2016-cı ildə müxtəlif elm, musiqi və
idman üzrə beynəlxalq tədbirlərdə uğur qazanmış bir qrup ali məktəb tələbəsi də
mükafatlandırılıb.