AZ | RU | EN

Bədii-yaradıcılıq festivalının qaliblərinə diplom və mükafatlar təqdim olundu

25 May 2016

Mayın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasim, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələr arasında keçirilən belə bədii-yaradıcılıq festivallarının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu gün gənclərimiz dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatələniblər.
Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin fiziki və mənəvi inkişafı, savadlı və sağlam böyümələri, sosial müdafiəyə ehtiyacı olanlara lazımi kömək göstərilməsi, gənclər təşkilatlarının formalaşması həmin uğurlu siyasətin nəticələridir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Belə bədii-yaradıcılıq festivallarının keçirilməsi məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir.
Daha sonra qaliblər mükafatlandırılıblar. 24 ali məktəbin mindən çox tələbəsinin qatıldığı festivalda 11 nominasiya üzrə keçirilmiş müsabiqədə müxtəlif ali məktəblərdən 33 tələbə festivalın diplom, pul mükafatlarına və qiymətli hədiyyələrə layiq görülüb. Eyni zamanda, mərasimdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş, respublikanın orta və ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilmiş şahmat üzrə yarışın 8 qalibi də mükafatlandırılıb.