AHİK-də Ümumdünya əməyin mühafizəsi gününə həsr edilmiş tədbir keçirilib
28 Apr 2017
2017-ci il aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
28 aprel – Ümumdünya
əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə
ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq
Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş «Əməyin mühafizəsinə dair məlumatların
toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktikamədəniyyətininmöhkəmləndirilməsi» devizinə həsredilmiş tədbir istehsalatdabaş vermiş bədbəxthadisələrnəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməs ilə başlanıb.
Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev
giriş sözü ilə çıxış edib. AHİK sədri çıxışının əvvəlində sosial tərəfdaşlarımız olan, müsabiqənin keçirildiyi
ilk gündən bu günə kimi bizimlə bir yerdə olmuş, bütün tədbirlərimizdə yaxından
iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinə öz təşəkkürünü
bildirib.
S.Möhbalıyev məlumat verib ki, Ümumdünya əməyin mühafizəsi
günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini
yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq
Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti
yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü
elan ediblər. Azərbaycanda
bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur.
BƏT-in məlumatına
görə,dünyada hər gün
istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 5000-dən çox insanhəlak olur.
Hər il istehsalatda
2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300.000 nəfəri istehsalat xəsarəti
nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif
xəstəliklərdən ölürlər.
MDB üzrə statistik
məlumatlara əsasən hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr
nəticəsində 2 min insan həlak olur. Peşə xəstəliklərindən
həlak olanların sayı isə bədbəxt hadisələrdən ölənlərin sayından 6 dəfə çoxdur.
İstehsalat zədələnməsi ilə əlaqədar respublikada
yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci
ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda
istehsalat xəsarəti alanların sayı 33,8 faiz
(71 nəfərə qarşı 95 nəfər),istehsalat xəsarəti
nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər,artıbdır.
Respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən
ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı
84 nəfər) artmasına səbəb olubdur.
Biz, həmkarlar ittifaqları olaraq, yaranmış
vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin
dinamikasına biganə qala bilmərik.
2016-cı il ərzində 26 sahə həmkarlar ittifaqı
orqanının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda texniki əmək müfəttişliyi
tərəfindən 643 müəssisə və təşkilatlarda 2015-ci ilə nisbətən 25,3% yoxlamaların
sayı (513 müəssisəyə qarşı 643 müəssisədə) artıb.
Əməyin mühafizəsinə, istehsalın sanitar-gigiyenası və
əməyin təhlükəsizliyinə dair aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün
müvafiq qaydada tövsiyyələr verilib.
Aşkar edilən pozuntuların aradan qaldırılmasına
nəzarətin gücləndirilməsi nəticəsində bu pozuntuların 92,4 faizimüəyyən edilmiş müddətlərdə aradan qaldırılıb.
Texniki əmək müfəttişlərimizin 2016-cı ildə
həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən,
59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
Aparılan profilaktik
nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk
faktorları aradan qaldırılıb.
Keçirilən bütün
bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi
və işçilərin zədələnmə və ölüm göstəricilərinə
təsir edibdir. 2017-ci ilin birinci
rübünün nəticələrinə görə
2016-cı ilin analoji
dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə
nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıbdır.
AHİK sədri vurğulayıb ki, əməyin mühafizəsi
AHİK-in daima diqqət mərkəzində saxladığı prioritet məsələlərindən biridir. Bu həm
də ondan irəli gəlir ki, həmkarlar ittifaqlarının üzvlərinin əksəriyyəti əhalinin
işləyn təbəqəsinə aiddir. Hər bir həmkarlar ittifaqı üzvünün layiqli iş şəraitində
çalışmasının təmin olunmasına ictimai nəzarəti də əsasən həmkarlar ittifaqları təşkilatları
gündəlik olaraq həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, bu işdə bizim
təşkilatlarla Dövlət Əmək
Müfəttişliyi Xidmətiarasında sıx əlaqələr yaranıbdır. Bu əməkdaşlıq həmçinin 2012-ci ildə yaradılmış
«Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Şura» və bu il yaradılmış «Əmək münasibətlərinin
tənzimlənməsi və koordinasiyası komissiyası» çərçivəsində aparılır.
Bildiyiniz kimi,
mütəmadi olaraq hər iki ildən bir AHİK tərəfindən hazırlanan və sosial tərəfdaşlarla
razılaşdırılıb imzalanan Baş Kollektiv Sazişdə əməyin mühafizəsinə, texniki və ekoloji təhlükəsizlik məsələlərinə dair əsas müddəalar
daxil edilir. 2016-2017-ci illər üçün bağlanmış Baş Sazişdə bu sahədə aşağıdakı
öhdəliklər nəzərdə tutulub:
- Azərbaycan Respublikasında
əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın;
- İşçilərə pulsuz
müalicə profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi
üçün zərərli, ağır və yeraltı əmək şəraiti olan istehsalatların Siyahısının;
- Əməyin təhlükəsizliyi normaları və standartları
üzrə Milli İnformasiya Sistemi və s. hazırlanması.
Ümumiyyətlə, həmkarlar
ittifaqları əmək qanunvericiliyi normalarının, təhlükəsizliyinin və əməyin mühafizəsinin
işəgötürənlər tərəfindən pozulması hallarının qarşısının alınması işini daim nəzarətdə
saxlayırlar. İşçinin qanunsuz işdən çıxarılması, əmək münasibətlərinin sənədləşdirilməməsi,
əməkhaqlarının ödənilməsinin gecikdirilməsi, istehsalat zədələnməsi və işçinin əmək
qabiliyyətinin itirilməsinə görə ödənclərin verilməməsi, işçinin məcburi olaraq
müddətli əmək müqaviləsinə cəlb edilməsi kimi hər bir pozuntu halları həmkarlar
ittifaqlarının qətiyyətli münasibətindən
kənarda qalmır.
Hər bir işçinin
əmək şəraitinin maksimum təhlükəsizliyinin təmin olunması işəgötürənin məsuliyyətinə
aiddir. Amma onu da qeyd etmək lazımdır ki, bir çox hallarda işçilər öz hüquqlarını
lazımi səviyyədə bilmədiyindən xəsarət alır, həlak olurlar. Əmək Məcəlləsinin
230-cu maddəsinə görə «İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə
və bununla əlaqədar sağlamlığı və həyati üçün təhlükə olduqda, işçi əmək funksiyasının
icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu
halda işçi hər hansı məsuliyyət daşımır».
Həmkarlar ittifaqları
üzvləri arasında maarifləndirmə işləri həmişə diqqət mərkəzindədir. Bu məqsədlə
respublika miqyasında keçirilən seminarlar, müşavirələr, müsabiqələrə minlərlə işçi
cəlb olunur.
S.Möhbalıyev daha sonra deyib ki,dövlət orqanlarının,
ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi
problemlərinə yönəltmək məqsədilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il
«28 aprel-Ümumdünya əməyin mühafizəsi günü»nü geniş şəkildə qeyd edir.
1996-cıildən işdə ölən və zədələnən işçilərin xatirəsinə
həsr olunmuş bu beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin
əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək
bədbəxt hadisələri minimuma endirməkdir.
Əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə
AHİK 2017-ci il üçün Beynəlxalq
Əmək Təşkilatının tövsiyyəsinə uyğun olaraq «Əməyin mühafizəsinə dair məlumatların
toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin
möhkəmləndirilməsi» devizi altında tədbirlər planı hazırlayıb.
Tədbirlər planına
əsasən bu günə kimi 18 bölgə üzrə tematik seminarlar keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri
və rayon icra hakimiyyətinin
nümayəndələri, 114 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı
komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1985-dən artıq nümayəndəsi
iştirak edib.
AHİK sədri tədbir iştirakçılarının nəzərinə
çatdırıb ki, son
illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib. 2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək
şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi və təşkilatı» adı uğrunda müsabiqə
keçirilir. Keçirilənbütün müsabiqələrdə ümumilikdə 7 il ərzində
9328 müəssisə iştirak edib, onlardan 297 qalib hesab ediliblər və fəxri fərman və
qiymətli hədiyyələrlə təltif olunublar. Bu o deməkdir
ki, 9 mindən çox müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs
və fəallıq göstərib, müvafiq tədbirlər həyata keçirib, müəssisələrində işçilərə
sağlam və təhlükəsiz iş şəraiti yaratmağa çalışıblar. S.Mehbalıyevməmnuniyyətlə qeyd
edibki, həqiqətən də xeyli müsbət nəticələr əldə edilib. Amma bunların arasından 297 müəssisə
qalib elan edilibsə, deməli həmin müəssisələr bizim müsabiqənin tələblərinə, standartlara
cavab verə biləcək
bir səviyyəyə çatıblar. Hesab edirəm ki, bu işin davam etdirilməsi həm bizim, həm
də işəgötürənlərin xeyrinə olacaqdır. Nəticədə isə işçilərimiz sağlam və təhlükəsiz iş şəraiti
ilə təmin olunacaqlar.
Keçən ildə keçirilən
«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)» devizi ilə əlaqədar respublika müsabiqəsinin 2016-cı ilin yekunlrının
nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 172-dən çox müəssisənin namizədliyini
İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 20 sahə həmkarlar ittifaqını təmsil
edən 46 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna
görə qalib elan olunub.
2016-cı ildə 15052 işçini,
o cümlədən 4377 qadın
işçini əhatə edən 46 müəssisə və təşkilatlarda həmkarlar ittifaqıkomitələri,
əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində
254 yoxlama həyata keçiriblər. Müəssisələrin
22-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 20 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı
orta hesabla 37,3 faiz azalıb.
AHİK sədri
deyib ki, göründüyü kimi müəyyən müsbət nəticələr əldə olunub və ümidvar
olduğunu bildirib ki, ki, işçilərə normal iş şəraitinin yaradılması üzrə işlər AHİK,
onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcəkdir.
Çıxışının sonunda S.Möhbalıyev «Sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika
müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları
adından və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar
arzulayıb.
Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq
Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyəv çıxış etdilər.
Sonda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46
müəssisə, təşkilat, sex və
sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.