AHİK əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
01 Jun 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Aparatının gənclərdən ibarət əməkdaşları Bakı şəhərində salınmış Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Əməkdaşlar açıq səma altında salınan
parkda Vətən müharibəsi zamanı döyüş meydanında Azərbaycan Ordusu tərəfindən davamlı
məğlubiyyətlərə məruz qalan düşməndən ələ keçirilmiş hərbi qənimətlərlə tanış
olublar.
Onlar Ermənilərin qoyub qaçdığı atıcı
silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər
sursatlara baxış keçirərək fotolar çəkdirblər. Düşməndən qənimət götürülmüş 2000-dən
çox avtomobilin nömrə nişanından hazırlanan lövhə əməkdaşların marağına səbəb
olub.
Qeyd edək ki, bu il aprelin 12-də
Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.