AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
30 Apr 2021
Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyinə “Azərbaycan həmkarlar
ittifaqlarının 2020-ci üzrə gender statistiukası haqqında”, “Azərbaycan həmkarlar
ittifaqları idman təşkilatlarının 2020-ci ilin yekunları üzrə fəaliyyəti və
statistik hesabatları haqqında”, “Həmkarlar ittifaqlarının xidmətində olan
kitabxanaların və mədəniyyət müəssisələrinin 2020-ci il üzrə hesabatı haqqında”,
“2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi
nailiyyətlər əldə etmiş
gənclərə “İlin peşəkar
gənci” fəxri adının təsis edilməsi haqqında”,
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” devizi ilə keçirilən respublika müasabiqəsinin 2020-ci il üzrə
yekunları haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi
barədə məlumat verib.
Mövzularla bağlı çıxışlarda məlumat verilib ki, ölkə
iqtisadiyyatının müxtəlif sahələrində gender bərabərliyinin reallaşmasında
həmkarlar ittifaqlarının iştirakı, habelə həmkarlar ittifaqlarının
strukturlarında gender bərabərliyinin gözlənilməsi və qadınların rəhbər
vəzifələrdə təmsil olunması vəziyyətinə görə, 2021-ci ilin 1 yanvar tarixinə
həmkarlar ittifaqları üzvlərinin sayında kişilərin 48 % , qadınlar isə 52 %
təşkil edir. Ötən il ilə
müqayisədə həmkarlar ittifaqı təşkilatlarının sayında dəyişikliklər müşahidə olunur ki, bu da ölkədə baş verən pandemiya
şəraitində iqtisadi aktivliyin azalması ilə əlaqədar olaraq bir sıra idarə, müəssisə və
təşkilatların ləğv olunması, yenilərinin yaranması, birləşməsi, o cümlədən
struktur dəyişikliklərindən irəli gəlir. Həmkarlar ittifaqlarının
üzvlərinin 50, 8 %-i gənclər, 49,2 %-i
gənc qadınlardır.
Bildirilib ki, bütün səviyyəli rəhbər vəzifələrdə
çalışanların 39,8 % qadınlardır ki, onlardan da 45,7 %-i gənc qadınlardır.
Rəhbər vəzifədə işləyən qadınların sayı
isə 7 faiz azalaraq 40,3 %, onlardan maaşlı vəzifə tutanların sayı 2 % artaraq 25 % olub. O
cümlədən gənc sədr qadın vəzifəsində işləyənlərin sayında 3,5 % artım müşahidə
olunur. Bu da 36,5 % edir, onlardan
pullu vəzifə tutan gənc qadınların sayı 1,1
% azalaraq 20,9 % olub. Deyilib ki, həmkarlar ittifaqının seçkili orqanlarında
qadınların sayı 3,2 % artaraq 45,2 % təşkil edib.
Çıxışlarda qeyd olunub ki, qadınların ictimai fəallığının
artırılması daim ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğu məsələlərdəndir və həmkarlar
ittifaqları da bu sahəyə xüsusi önəm verir.
Həmçinin qeyd olunub ki, hesabat ilinin sonunda ötən illə
müqayisədə həmkarlar ittifaqlarının strukturlarında fəaliyyət göstərən gender
bərabərliyi və qadın problemləri üzrə kommisiyaların sayında 2070 (2116) azalma
olub, üzvlərin sayı isə artaraq 11170
nəfər (8569) təşkil edib. Gender və qadın problemləri üzrə komissiyalardan əlavə,
bu problemlərlə yerlərdə 804 nəfər xüsusi təyin olunmuş məsul şəxsin fəaliyyət
göstərdiyi diqqətə çatdırılıb. Bu da keçən illə müqayisədə 9,8 faiz azalıb.
Hesabat ilində sahə həmkarlar ittifaqı orqanları və onların üzv təşkilatlarının səyi nəticəsində gender və qadın problemlərinə
həsr olunmuş 34 seminar, dəyirmi masa və digər tədbirlər keçirildiyi,
burada 500 nəfərə yaxın şəxsin, o
cümlədən beynəlxalq səviyyəli təşkilatların iştirakı ilə keçirilmiş 5 tədbirdə
6 nəfər qadının iştirak etdiyi bildirilib. Bu da ötən illə müqayisədə bütün dünyada
və Azərbaycanda COVID-19 infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji
vəziyyətlə əlaqədardır.
AHİK İcraiyyə
Komitəsinin 15.07.2020-ci il tarixli qərarına əsasən, sahə həmkarlar ittifaqı
orqanlarından 45 gəncdən 2019-cu il üzrə
19 nəfər gənc qadın “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Qeyd olunan
məlumatlardan sonra “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender
statistiukası haqqında” qərar müzakirələrdən sonra qəbul edilib.
“2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə
xüsusi nailiyyətlər əldə etmiş
gənclərə “İlin peşəkar
gənci” fəxri adının təsis edilməsi
haqqında” AHİK İK-nin qərarının icrası barədə müzakirə zamanı bildirilib ki,
respublikada həmkarlar ittifaqı üzvlərinin üçdə biri 35 yaşınadək olan
gənclərdir və bu gün ölkə gəncləri yeni, müasir və müstəqil ölkənin
qurulmasında fəal iştirak edirlər. Həmkarlar ittifaqları gənclərin fəallığını
təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən
və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.
Qeyd olunub ki, artıq bir neçə ildir ki, həmkarlar
ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir və gənc liderlər beynəlxalq
təşkilatların keçirdikləri toplantılara dəvət edilirlər. Vurğulanıb ki, “İlin
peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə,
istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatı
tərəfindən diqqətin artırılmasına xidmət edir. Həmçinin 23 sahə həmkarlar
ittifaqı orqanlarından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olduğu, onların
fəaliyyətini əks etdirən məlumatlarım ümumiləşdirilərək təqdimat hazırlandığı
bildirilib. Sonra AHİK-in İcraiyyə Komitəsi tərəfindən qərara alındı ki,
əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş
gənclərə “İlin peşəkar gənci” fəxri adı
verilsin və onlara Fəxri Diplom, Döş
nişanı və vəsiqə təqdim edilsin, həmçinin onların ictimaiyyətə tanıdılması üçün
bir sıra tədbirlər həyata keçirilsin.
Bildirilib ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq
sahəsində ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda keçirilən müsabiqədə
1730-dan artıq müəssisə və təşkilat iştirak edib. 17 sahə həmkarlar ittifaqlarını
təmsil edən 155 müəssisədən 37 qalib müəssisə və təşkilatın sənədləri
mükafatlandırılma üçün AHİK-ə göndərilib.
AHİK-in İcraiyyə
Komitəsində «Sağlam və təhlükəsiz iş
şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2020» adı uğrunda
respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərinin AHİK-in diplom və
hədiyyələri ilə təltif edilməsi qərara alınıb, həmçinin bu deviz altında
növbəti il üzrə respublika müsabiqəsinin elan edilməsi nəzərdə tutulub.
Müzakirə olunan məsələlərə münasibət bildirən AHİK-in
sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki, çalışmalıyıq ki, rəhbər orqanlarda qadınların
sayın artırılsın. Qadın kişi ilə bir
yerdə işləyirsə, onların hüquqları da bərabər olmalıdır, bu, bütün məsələlərdə,
xüsusən də əməkhaqqı sahəsində özünü göstərməlidir.
Ölkəmizin dünyada
tanıdılması üçün idman sahəsinə hərtərəfli dəstəyin vacibliyinə diqqət çəkən
AHİK sədri bildirib ki, hal-hazırda idmançılarımız ölkəmizi tanıtdırmaq üçün
səylə çalışırlar. Bu gün ölkə Prezidenti idman sahəsinə xüsusi diqqət və qayğı
göstərir, pandemiyaya qədər ölkəmizdə müxtəlif növ beynəlxalq yarışlar
keçirilirdi. Azərbaycan dünyada daha çox idman ölkəsi kimi tanınır.
S.Möhbalıyev bunun üçün də həmkarlar təşkilatlarının idmançılara diqqət
yetirməli olduğunu vacib hesab edib və xüsusilə vurğulayıb ki, bunun üçün idmanın
kütləviliyi artırılmalı və onlar üçün üçün hər bir şərait yaradılmalıdır.
AHİK
sədri “İlin peşəkar gənci” müsabiqəsini keçirməkdə məqsədin savadlı, fəal gəncləri
seçmək olduğunu bildirərək qeyd edib ki, qaliblərin sayını artırmaq, seçim
məsələsində ədaləti ən yüksək səviyyədə qorumaq, ictimai sahədə fəal olan,
həmkarlar ittifaqlarına üzv olanlara üstünlük verməliyik.
Konfederasiya sədri iş prosesində sağlam əmək şəraitinin
yaradılmasının vacib olduğunu önə çəkib. Onun sözlərinə görə, ölkə Prezidenti cənab
İlham Əliyev dəfələrlə bildirib ki, fəaliyyətimizdə ən vacib məsələ xalqımızın
sağlamlığıdır və biz də buna çalışmalıyıq. Sədr pandemiya başlayan zaman
dövlətimizin xalqımızın sağlamlığı naminə bütün zəruri tədbirləri gördüyünü
vurğulayıb, həmçinin koronavirusa qarşı peyvəndi ilk alan ölkələrdən olduğumuzu
bildirib.
İclasda təşkilat məsələsinə də baxılıb. İlmir İsmayılov
Azərbaycan Respublikası Turizm və
Ekskursiyalar Şurasının sədri təyin edilib.
İcraiyyə
Komitəsinin iclasında digər cari məsələlərə də baxılıb.