AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib
19 Nov 2020
Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin onlayn iclası keçirilmişdir. İclasda gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.
AHİK sədri, Milli Məclisin üzvü Səttar
Möhbalıyev İcraiyyə Komitəsinin üzvləri qarşısında çıxış etmişdir.
S. Möhbalıyev çıxışında bildirib ki artıq
44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Koimandan İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatdı. Bu qələbə ümumilli
liderimiz Heydər Əliyevin işləyib hazırladığı iqtisadi, siyasi və ordu quruculuğu
strategiyasının nəticəsidir. Ümummilli liderimizin inkişaf strategiyasına sadiq
qalan və onu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 17 illik prezidentliyi dövründə həyata keçirdiyi iqtisadi və ordu quruculuğu
sahəsindəki islahatlar öz nəticəsini verdi. Yəqin ki, bu günkü tədbirimizdə iştirak
edənlərin çoxusu xatırlayır ki, cənab İlham Əliyev prezident seçildikdən sonra onun
ilk bəyanatlarından biri ordunun gücləndirilməsi üçün hərbi büdcəmizin Ermənistanın
ümumi büdcəsindən çox olmasına nail olmaq idi ki, buna da nail olundu. Eyni zamanda
cənab prezidentin rəhbərliyi ilə iqtisadiyyatımızın inkişafı ilə bağlı aparılan
islahatlar Azərbaycanı Cənubi Qafqazda lider ölkəyə çevirdi. O da məlumdur ki, 2003-cü
ildə andiçmə mərasimindəki nitqi zamanı prezident İlham Əliyev bununla bağlı deyib:
«Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll
etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun
ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə
yetirməsinə imkan verəcəkdir”.
S. Möhbalıyev iclas iştirakçılarının
diqqətinə çatdırıb ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı
Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan
ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və
müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində əsgər
və zabitlərimiz arasında həlak olanlar və yaralananlar oldu. Ermənistan ordusunun
döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək
məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı
başlaması barədə qərar verdi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət
və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda
qismən səfərbərlik elan edildi.
Sentyabrın 27-dən etibarən başlayan əks-hücum
əməliyyatları Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını
nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanının rəhbərliyi altında
rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi ərzində erməni ordusu
haqqında uydurulan illüziyaları yenidən alt-üst etdi. Döyüşlərin ilk günlərindən
etibarən Ermənistanın hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı bu
haqq işindən dayandıracaq, beynəlxalq birlik ölkəmizə təzyiq edərək işğalçı dövləti
xilas edəcək. Lakin onlar səhv edirdilər. Ali Baş Komandan İlham Əliyev böyük siyasi
iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə
qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü
təmin edilənə qədər ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə
bəyan etdi.
Şuşanın alınması Ermənistanı tam tərk-silah
etdi, onun bütün manevr imkanları çökdürüldü, Paşinyanın öz ölkəsini və dünya ictimaiyyətini
aldatmaq taktikası əhəmiyyətini birdəfəlik itirdi. Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini
layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan
Şuşanın azad edilməsi böyük siyasi, strateci və mənəvi məzmun daşıyır. Şuşanın azad
edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə, noyabrın 9-da Azərbaycan Prezidenti
İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateci yüksəkliyin işğaldan azad
edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış vəziyyət Nikol Paşinyanı
məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın
hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir
sənəddir.
AHİK sədri vurğuladı ki, Ermənistanın məğlubiyyətini
rəsmi şəkildə təsdiq edən bu bəyanat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının,
məğlubedilməz ordumuzun şanlı qələbəsinin nəticəsidir. Prezident İlham Əliyev bu
mücdəni fəxr və qürurla Azərbaycan xalqına çatdırdığı andan - 10 noyabr gecə saatlarından
başlayaraq ölkəmizdə bayram ab-havası hökm sürür. Çünki sevinmək, qürurlanmaq, fəxr
etmək qaliblərə yaraşır. Və biz qalibik! Bu tarixi qələbənin mənbəyi xalqımızın
həmrəyliyi, böyük inamla Ali Baş Komandanın ətrafında sıx birləşməsi və Azərbaycan
Ordusunun məğlubedilməzliyi, hünəri və rəşadətidir. Bu güclə, bu əzəmətlə, bu sarsılmaz
inam və birliklə möhtəşəm qələbəni qeyd edirik
S. Möhbalıyev dedi ki, Ermənistan silahı
qüvvələrinə qarşı həyata keçirilən əks əməliyyatlar nəticəsində şəhidlərimiz və
qazilərimiz vardır. Siz də bilirsiniz ki, biz həmkarlar ittifaqları olaraq şəhid
ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinimn həllinə həmişə diqqət
etmişik.
Bu dövrdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası Silahlı Qüvvələrə Yardım Fonduna AHİK-dən 402.000
manat, AHİK-in üzv təşkilatlarından 427.210 manat olmaqla ümumilikdə 829, 210
manat vəsait köçürülmüşdür. Sahə həmkarlar ittifaqları tərəfindən Silahlı Qüvvələrə
və cəbhə bölgəsinə sentyabrın 27-dən bugünədək 893.783 manat dəyərində maddi
yardım və digər köməkliklər göstərilmişdir.
Biz bu gün həm də koronavirus
pandemiyası şəraitində yaşayırıq. Bu məqsədlə
indiyədək koronavirusla mübarizəyə Azərbaycan həmkarlar ittifaqları tərəfindən
ümumilikdə 5 milyon 372 min 588 manaat vəsait xərclənmişdir.
Bütün bunlarla yanaşı məlumdur ki, erməni
işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində
olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə
“İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin
Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl
rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun
Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik
sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”,
Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Çox təəssüf ki,
bu sağlamlıq ocaqları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan
edilmişdir. Bütün bunları nəzərə alaraq tərəfimizdən işğala məruz
qalan kurort, sanatoriya və müalicə mərkəzlərinin fəaliyyətinin
tam bərpa edilməsi, yeni müalicə müəssisələrinin, istirahət evlərinin
tikilməsi planlaşdırılır.
Eyni zamanda azad olunmuş rayonlarda Həmkarlar
İttifaqlarına aid olan idman meydançaları, şahmat məktəbləri və digər idman
qurğuları da yenidən qurularaq vətəndaşlarımızın istifadəsinə veriləcəkdir.
AHİK sədri sözünün yekununda bildirdi
ki,Azərbaycan xalqı və dövləti böyük tarixi zəfər qazanıb. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin söylədiyi kimi, bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Bayrağımız o torpaqlarda dalğalanır. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü
nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin
peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla
bu son hədəfə qədər uğurla irəliləmişik.
Bir daha hamınızı şanlı qələbəmiz münasibətilə
təbrik edirəm.
Yaşasın Ali Baş Komandan!
Yaşasın şanlı Azərbaycan ordusu!
Yaşasın Azərbaycan!