AZ | RU | EN

AHİK-in IV Qurultayının hesabat məruzəsi

06 Feb 2013

Hörmətli qurultay iştirakçıları! Əziz qonaqlar! Xanımlar və cənablar!
Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm yeri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının açılışı münasibətilə sizi ürəkdən təbrik edir və qurultayımızın işinə uğurlar arzulayıram.

Bu gün biz III qurultaydan ötən beş il ərzində həmkarlar ittifaqlarının fəaliyyətinə və görülən işlərə yekun vuracağıq. Bəri başdan deyim ki, qurultayımız əlamətdar hadisə – AHİK-in yaranmasının 20 illik yubileyi ilə üst-üstə düşür. Bu əlamətdar hadisə ilə əlaqədar da sizi, bütün həmkarlar ittifaqı üzvlərini təbrik edir, hər birinizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Əslində arxada qalmış 20 il mövcud olmağımızın deyil, fəaliyyətimizin tarixidir. Həmin tarixdən etibarən daha əhəmiyyətli məqsəd və təşəbbüslər, vəzifələr uğrunda mübarizəyə başlamışıq. Bizi üzv təşkilatlar ilə  birləşdirən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışıq. Fürsətdən istifadə edərək bu kürsüdən AHİK-in fəaliyyətinə hərtərəfli kömək etmiş üzv təşkilatlara, İcraiyyə Komitəsinin və Məclisin üzvlərinə təşəkkürümü bildirirəm.

Keçdiyimiz yol, əlbəttə, asan olmayıb. Bu yola qısa ekskurs edib ötəri nəzər salsaq görərik ki, ötən dövr ərzində, ələlxüsus da müstəqilliyimizin ilk illərində çox böyük çətinliklərlə üzləşmişdik. Ölkə, sözün həqiqi mənasında, siyasi, iqtisadi, hərbi böhran məngənəsində  çapalayırdı. Ovaxtkı iqtidarın yenidən qazanılmış dövlət müstəqilliyini qoruyub saxlamağa gücü çatmırdı. Eyni zamanda ölkə müharibə şəraitində yaşayırdı, cəbhədəki hərbi uğursuzluqlar, əlbəttə, cəmiyyətimizi sarsıtmış, insanların sabaha inamı, demək olar ki, itmişdi. 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş iqtidar – AXC – Müsavat cütlüyü ölkəmizi daha bərbad vəziyyətə qoydu. Onların dövlət idarəçiliyindəki səriştəsizliyi, daxili və xarici siyasət sahəsindəki korafəhmliyi nəticəsində ölkədə xoşagəlməz proseslər başlamış, vətəndaş qarşıdurması yaranmışdı. Respublikada hərc-mərclik, dərəbəylik hökm sürür, qanunsuz silahlı dəstələr at oynadır, düşmənə qarşı çıxacaq nizami ordu olmadığına görə ərazilərimiz erməni işğalına məruz  qalırdı. Xüsusən xarici siyasət sahəsində ciddi nöqsanlara yol verildiyindən dünyanın güclü dövlətlərinin bir çoxu Azərbaycana qənim kəsilmiş, ölkə əslində beynəlxalq aləmdən təcridolunma təhlükəsi ilə üzləşmişdi. Belə bir şəraitdə hakimiyyət sükanını ələ alıb dövləti, müstəqilliyi xilas etmək zəngin siyasi təcrübə və müdriklik tələb edirdi.

Gənc müstəqil respublikamızın düşdüyü təhlükəli vəziyyəti düzgün qiymətləndirən cəmiyyətimizin parlaq simaları, vətənpərvər ziyalıları, böyük hörmət sahibi olan insanları o vaxtlar Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevin yanına axın-axın gedərək ümummilli liderimizdən xilaskarlıq missiyasını öz üzərinə götürməyi, Azərbaycanı bu bəladan qurtarmağı xahiş edirdilər. Xalq yaxşı başa düşürdü ki, bu işin öhdəsindən Heydər Əliyevdən başqa heç kəs gələ bilməz. Şübhəsiz, ulu öndər də canından əziz bildiyi Vətəninin xilası üçün nə lazımsa etməyə hazır idi. Odur ki, xalqın israrlı təkidini nəzərə alaraq hakimiyyəti qəbul etdi. Əgər ümummilli lider çiyinlərini bu son dərəcə ağır işin altına verməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq, çətin ki, mümkün olardı. Bu tarixi missiya ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının daha geniş miqyas almasından xilas etdi. Zəngin idarəetmə təcrübəsinə sahib olan mahir siyasətçi, böyük strateq Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək problemləri məharətlə ara­dan qaldırmağa başladı. İlk illərdə dövlətçiliyə qarşı yönəlmiş neçə-neçə qəsdin qarşısını aldı, ölkədə əsaslı siyasi, iqtisadi, hüquqi islahatlar hazırlayıb həyata keçirdi, ən başlıcası isə cəmiyyətdə sabitliyi bərpa edə bildi.

Heydər Əliyev xalqın arzusunda olduğu  milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu, müstəqilliyin daimiliyini, əbədiliyini təmin etməklə ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndər ölkəmizin perspektiv daxili və xarici siyasət konsepsiyalarını işləyib hazırladı. Alternativi olmayan bu konsepsiyalar bu gün də müvəffəqiyyətlə icra edilir və Azərbaycana möhtəşəm uğurlar gətirir.

Azərbaycan bu gün dünya miqyasında böyük nüfuz və söz sahibi olan ölkəyə çevrilmişdir. Bunun əyani sübutu kimi kifayət qədər fakt gətirmək olar. Respublikamız keçən il BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Həm də bu, böyük rəqabət şəraitində baş tutmuşdur. Bizim namizədliyimizi 155 ölkə dəstəkləmişdir. Eyni zamanda Qoşulmama Hərəkatına üzv olarkən də biz dünya birliyi ölkələrinin mütləq əksəriyyətinin dəstəyini qazanmışıq.

Bu gün Azərbaycan güclü iqtisadiyyatı olan müstəqil, müasir, hüquqi, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Davos İqtisadi Forumunun hesablamalarında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya dövlətləri arasında 46-cı yerdədir, MDB məkanında isə birincidir. «Doinq Business» proqramında da qabaqcıl yerlərdəyik. Dünyanı bürüyən qlobal maliyyə böhranı zamanı bütün Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın kredit reytinqi durmadan artır. Bunu dünyanın ən nəhəng kredit agentliklərinin – «Standart and Poor’s», «Fitch», «Moody’s»un hesabatları da təsdiqləyir.

Yeri gəlmişkən, Azərbaycan dünya iqtisadiyyatını sarsıtmış böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. MDB-nin bir çox üzv ölkəsində 2009-cu ildə iqtisadi  tənəzzül 6%-ə çatdığı halda, Azərbaycanda iqtisadi artım 9,3% olmuşdur və Azərbaycan MDB ölkələri arasında iqtisadi artımına görə 1-ci yerdə qərarlaşmışdır.

Bütün bunların qazanılmasının əsasında 2003-cü ildən bəri Azərbaycana uğurla rəhbərlik edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi, yüksək intellekti, istedadı, güclü iradəsi və dövlətçilik məharəti dayanır.

Hörmətli qurultay iştirakçıları!

Sizin bir çoxunuz ulu öndərin AHİK-in I və II qurultaylarına təbrik məktubları ilə yaxşı tanışdır. Heydər Əliyevin «yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda böyük əzmlə çalışmalıdır» çağırışına layiqincə cavab vermək üçün həmkarlar ittifaqları əlindən gələni əsirgəməmişdir.

Ulu öndərin  həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğının davamını biz əziz Prezidentimiz İlham Əliyevin fəaliyyətində də görürük.

Prezident İlham Əliyevin iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın hərtərəfli müasirləşməsində mühüm rol oynayan bu iqtisadi siyasət həm də Milli İnkişaf Modelinin reallaşmasını təmin edən başlıca amilə çevrilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti 29 dekabr 2012-ci il tarixli fərmanı ilə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını təsdiqlədi. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılması barədə»  fərmanı da həyata keçirilən islahatların yeni mərhələsidir. Bütün bunlar vətəndaşların dövlət xidmətlərindən daha səmərəli bəhrələnməsini təmin edəcəkdir. Hazırda qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədi ilə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihələri işlənib hazırlanır. Bir sözlə, əmək qanunvericiliyinin təkmilləşdirilməsi həmkarlar ittifaqları qarşısında yeni perspektivlər açır.

Son 8 ildə ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə düşmüşdür. 2012-ci ildə də ölkə iqtisadiyyatının inkişafı və qarşıda duran vəzifələrin uğurla icra olunduğu göz qabağındadır. İlin yekunlarına görə, umumi daxili məhsul bütövlükdə 2,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 7,8 faiz artmışdır. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 1,1 faiz olmuş, əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Kənd təsərrüfatında 5,8 faiz artım qeydə alınmışdır. Azərbaycanın strateci valyuta ehtiyatları 46 milyard dollar təşkil edir.

Hər ölkənin inkişaf səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri ümumi daxili məhsuldur. Nəzərinizə çatdırdığımız aşağıdakı cədvəl  hesabat dövründə ümumi daxili məhsulun inkişaf dinamikasını əks etdirir.

Göstəricilər

illər

2008

2009

2010

2011

2012

Ümumi Daxili Məhsul (mln. manat)

40137,2

35601,5

42465

50069

53995

Adambaşına düşən ümumi daxili məhsul

 

 

 

 

 

manat

4603,7

4033,2

4753,0

5530,6

5884,5

ABŞ dolları

5603,3

5018,2

5922,0

7003,4

7490,5

 

Gördüyünüz kimi bu inkişaf yüksələn xətt üzrə olmuşdur.

Hörmətli qurultay iştirakçıları!

 Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki Dövlət Proqramı qəbul edilmişdir. Bunlar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin fevral ayının 11-də imzaladığı fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və 2009-cu ilin aprel ayının 14-də imzaladığı «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»dır. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları uğurla icra edilir. 2004-cü ildən bu günə qədər regionlara 90 milyard dollardan çox vəsait qoyulmuşdur.

Ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə yoxsulluğun, işsizliyin və iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması üçün bir neçə dövlət proqramı qəbul edilmişdir. «Azərbaycan Respublikasında məşğulluq strategiyası 2006-2015-ci illər», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqram»ı qəbul  edilmişdir.

Bu proqramların 2-ci mərhələsini reallaşdıracaq sənədlər bir sıra strateci məqsədləri özündə əks etdirir. Makroiqtisadi sabitliyi və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, aztəminatlı  ailələrin və yaşlı əhalinin, qaçqınların, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun inkişaf etdirilməsi dövlət proqramında dəqiqliklə əksini tapıb. Bu tədbirlər nəticəsində 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4% həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulub.

BƏT-in hesabatına əsasən, 2008-ci ildə iqtisadi fəal əhalinin sayı 4.477,7 min nəfər, işləyənlərin sayı 4.215,5 min nəfər, işsizlərin sayı 263,2 min nəfər, 2009-cu ildə iqtisadi fəal əhalinin sayı 4.378,2 min nəfər, işləyənlərin sayı 4.118,0 min nəfər, işsizlərin sayı 260,2 min nəfər olmuşdur. Bir il sonra bu rəqəmlər  müvafiq olaraq 4.587,4 min nəfər, 4.329,1 min nəfər 258,3 min nəfər təşkil etmişdir.

2011-ci ildə isə bu sahədə mənzərə belə olmuşdur: iqtisadi fəal əhalinin sayı 4.626,1 min nəfər, işləyənlərin sayı 4.375,2 min nəfər, işsizlərin sayı 250 min nəfər. Ötən ildə isə iqtisadi fəal əhalinin sayı 62,3 min nəfər, işləyənlərin sayı 70,1 min nəfər artmış, işsizlərin sayı isə 6,5 min nəfər azalmışdır.

1999-cu ildən başlayan iqtisadi böhran nəticəsində Avropa ölkələrində işsizliyin səviyyəsi 10,8% olub, işsizliyin ən yüksək səviyyəsi İspaniyada 23,6%-ə qədər yüksəlibdir.

«Avrostatın» məlumatına əsasən, hazırda avrozonada 17,4 milyon insan iş axtarır və onlardan 3 milyondan çoxu yaşı 25-dən aşağı olan gənclərdir.

Azərbaycanda isə 2003-cü ildən 2012-ci ilə qədər işsizliyin səviyyəsi 10,7%-dən 5,2%-ə düşüb.

Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramı son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdir və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. İnamla deyə bilərik ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə paytaxt arasında fərq azalır.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə indiyədək 900 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə ötən il bu məbləğ 200 milyon manat olmuşdur. Gələn il isə 300 milyon manata çatacaqdır. Bu, bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir.

Bunlarla yanaşı sosial məsələlərin həlli dövlətin daim diqqət mərkəzindədir və 2013-cü ilin büdcəsi də sosial və investisiya yönümlüdür. Sovet dövründən qalan əmanətlərə görə birdəfəlik ödənişlərin və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etməsi hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir və sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 2011-ci ildə 123 min ailənin 552,5 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı edilmişdir. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da təşəbbüs və təkliflərinin yer alması bizi sevindirir.

Milli məqsədlər naminə cəmiyyətin bütün qüvvələrinin səfərbər olunması, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi başlıca hədəf kimi seçilmişdir və buna nail olunmuşdur. BMT-nin insan inkişafına dair növbəti hesabatında Azərbaycan 169 ölkə arasında 67-ci yeri tutmuş, «orta insan inkişafı ölkələri» qrupunu tərk edərək «yüksək insan inkişafı ölkələri qrupuna» daxil olmuşdur. Cəmiyyətin qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyev Azərbaycan həmkarlar ittifaqlarına da böyük diqqət və qayğı ilə yanaşır. Vətəndaş cəmiyyətinin inkişafında ən kütləvi təşkilat olan həmkarlar ittifaqlarının roluna yüksək qiymət verir. Məhz bu münasibətin nəticəsidir ki, ölkədə hökumətlə əməkdaşlığımız normal məcrada davam edir. Azərbaycan həmkarlar ittifaqları üçün yaradılmış etibarlı hüquqi bazanın əsasını ulu öndər Heydər Əliyev 1994-cü ildə «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununu imzalamaqla qoymuş, möhtərəm Prezidentimiz İlham Əliyev bu işə daha geniş istiqamətdə dəstək vermişdir.

Qurutaylararası dövrdə «Həmkarlar ittifaqları haqqında» qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə bir sıra önəmli əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən ikisinin üzərində xüsusi dayanmaq istəyirəm. 2008-ci ilin may ayında Əmək Məcəlləsinin 80-ci (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) maddəsinə dəyişiklik edildi. Həmin maddənin ilk iki bəndini olduğu kimi nəzərinizə çatdırıram:

1. «Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.»

2. «Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.»

Bu dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu artırdı, həmçinin sıralarımıza yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratdı. Eyni zamanda hesabat dövründə minlərlə əməkçinin iş yerini itirməsinin qarşısı alındı.

  13 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş maddəyə görə, işçilərin əməkhaqlarından tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə  vəzifəli şəxslər min manatdan min beş yüz manatadək cərimə edilirlər.

Bu problemin qanunverici aktla tənzimlənməsi məqsədi ilə 29 iyun 2012-ci il tarixdə «Həmkarlar ittifaqları haqqında» qanuna da dəyişiklik edildi. Qanunun 20-ci maddəsinə edilmiş əlavədə deyilir: «Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür». Və nəhayət, bu məsələ ötən ilin sonlarında İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 5-ci bəndində öz əksini aşağıdakı formada tapdı:

«53.5. Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə

- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.»

Gördüyünüz kimi, artıq konkret müddət göstərilir və cərimənin miqdarı əhəmiyyətli şəkildə artırılır.

Əmək Məcəlləsinin «Əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası» adlı 175-ci maddəsinə də yeni bənd əlavə olundu:

«İşəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından yalnız aşağıdakı ödənişlər tutulur:

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.»

Bütün bunlar həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, işəgötürənlərdən asılılığının azaldılmasına əsas vermişdir. Dövlət başçısından belə bir inam və etibarı qazanmaq Azərbaycan həmkarlar ittifaqları üçün böyük nəticədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yürütdüyü bu siyasətin bütün vətəndaş cəmiyyətinin mənafelərini əks etdirməsi gələcəyə böyük inam və əminlik yaradır.

Hörmətli qurultay iştirakçıları!

Ötən 20 il müddətində dünya və ölkəmiz hədsiz dərəcədə dəyişmişdir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra yüz ildən çox tarixə malik olan Azərbaycan həmkarlar ittifaqları yeni ictimai-iqtisadi formasiyanın və idarəçilik sisteminin tələblərinə uyğunlaşmış, bu məqsədlə köklü islahatlar prosesindən keçmişdir. Həmkarlar ittifaqlarının vəzifələri dəyişmiş, onların sosial təyinatlı funksiyaları, fəaliyyətlərinin forma və metodları yenidən qurulmuşdur. Həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından asılılığı aradan qaldırılmış, həmkarlar ittifaqı təşkilatlarının müstəqilliyi təmin edilmişdir. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan vermişdir.

Təcrübə göstərir ki, istənilən cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olmasında, o cümlədən əmək hüquqlarının  qorunmasında həmkarlar ittifaqları getdikcə daha böyük rol oynayır. Odur ki, həmkarlar ittifaqlarının inkişafı, tutduğu mövqeyin davamlı olaraq güclənməsi cəmiyyətin özünün ümdə tələblərindən birinə çevrilir.

Hazırkı ümumdünya iqtisadi böhran şəraitində həmkarlar ittifaqlarının diqqətini cəlb edən əsas sahələrdən biri məşğulluqdur. Sosial partnyorlarla aparılan danışıqlar prosesində bu məsələ diqqət mərkəzində durur. Həmkarlar ittifaqları əmək bazarının tənzimlənməsi, məşğulluğun təmin edilməsi və işsizliyin azaldılması, həmçinin əhalinin məşğulluq proqramlarının işlənib hazırlanmasında və məşğulluq strategiyasının həyata keçirilməsində fəal iştirak edir.

Konfederasiya üzv təşkilatları ilə birlikdə əhalinin məşğulluğunun səmərəliliyinə təsir göstərir, bu əsas istiqamət üzrə necə fəaliyyət göstərmək lazım olduğuna dair təkliflər hazırlayır. Gənclərin, qadınların, əhalinin sosial cəhətdən zəif qruplarının məşğulluğu ilə əlaqədar beynəlxalq təcrübəni öyrənir.

Ötən dövrdə hökumətin, işəgötürənlərin və həmkarlar ittifaqlarının birgə səyi nəticəsində məşğulluğun səmərəliliyinin artmasına və işsizliyin azalmasına nail olunmuşdur. Yuxarıda qeyd etdiyim kimi, ölkədə BƏT-in metodologiyası ilə hesab­la­nan işsizliyin səviyyəsi 2008-ci illə müqayisədə 6,1 faizdən 5,2 faizə enmiş­dir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2003-cü ilin IV rübündən başlayaraq respublikada 1 milyon 200 mindən çox yeni iş yeri yara­dıl­mışdır ki, onlardan da təqribən 70%-i daimi iş yerləri olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbay­can Hökuməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfede­rasiyası ilə hər 2 ildən bir bağladığı Baş Kollektiv Sazişdə nəzərdə tutulduğu kimi, son illərdə hökumət ölkədə məşğulluq imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir. Xüsusilə gənclər üçün məşğulluq imkanlarının yaradılması ölkənin bütün dövlət və qeyri-dövlət orqanları tərəfindən ən əsas prioritet məsələ kimi  müəyyən edilmişdir. Gənclərin məşğulluğuna dair milli fəaliyyət planı, onların icra mexanizmi işlənib hazırlanmışdır. Azərbaycan, subregionun yeganə ölkəsi kimi, BƏT tərəfindən Gənclərin Məşğulluq Şəbəkəsinin 10 aparıcı ölkəsi siyahısına daxil edilmişdir.

Qeyd etməliyəm ki, BƏT-in 2012-ci il mayın 30-da keçirilən 101-ci sessiyası bizim üçün əlamətdar olmuşdur. Orada «Gənclərin məşğulluğu» mövzusunda çıxışım iclas iştirakçıları tərəfindən razılıqla qarşılanmışdır.

Bazar iqtisadiyyatının müasir şəraitində əmək bazarında  məşğulluq sistemlərinin və modellərin müxtəlifliyi genişlənir. İşəgötürən və muzdlu işçi arasında uzunmüddətli əmək münasibətlərinin ənənəvi modelinə bir sıra digər məşğulluq növləri əlavə olunur. «İcarə əməyi» adı altında tanınan  əhalinin  məşğulluq növü bütün dünyada, MDB ölkələri də daxil olmaqla, geniş yayılmaqdadır. Çox hallarda bu məşğulluq növü işçilərin hüquqlarının pozulması ilə muşayiət olunur. Artıq işçi qüvvəsinə malik olan müəssisələrdən digər təşkilata müvəqqəti işlərə keçirilən əməkçilərin iş vaxtının normal müddəti uzadılır, əməkhaqları daimi işçilərin maaşları ilə müqayisədə azalır, məzuniyyətlər məhdudlaşdırılır. «İcarə» əməyindən işçilərin həmkarlar ittifaqı hərəkatına zərbə vurmaq və kollektiv danışıqlardan yayınmaq məqsədi ilə də istifadə oluna bilər. Bu isə, nəticə etibarilə, üzvlüyün azalmasına, demokratik prinsiplərin və sosial tərəfdaşlığın pozulmasına gətirib çıxarır. Üzvü olduğumuz Ümum Həmkarlar İttifaqları Konfederasiyasında bu problemə dair həmkarlar ittifaqlarının xüsusi rəyi formalaşdırılmış və onun dəstəklənməsi bütün təşkilatlardan xahiş olunmuşdur.

Bununla yanaşı, MDB ölkələrinin Parlamentlərarası Assambleya­sının iclasına təqdim olunan «Özəl məşğulluq agentlikləri haqqında» model qanununda həmkarlar ittifaqlarının mövqeyinə zidd olan müddəalar yer almışdır. AHİK rəhbərliyi bunun qarşısını almaq üçün bu qurumda Azərbaycanı təmsil edən millət vəkillərinə müraciət etmişdir. Adıçəkilən model qanununda həmkarlar ittifaqlarının prinsipial mülahizələrinin nəzərə alınması istiqamətində iş davam etdirilir.

Sözsüz ki, modernləşmə strategiyasının həyata keçirilməsi ilə əlaqədar həmkarlar ittifaqlarından diqqətini işsizlərin mənafelərinin qorunmasına və ixtisaslaşdırılmış işçi qüvvəsinin yaradılması problemlərinə yönəltmək tələb olunur.

Bu gün, demək olar ki, bütün ölkələrdə qeyri-leqal məşğulluq mövcuddur.  Qeyri-leqal məşğulluq iqtisadiyyatın müxtəlif sahələrində dərin kök salmışdır. Bu sahədə çalışan bəzi işçilərin gəliri formal iqtisadiyyatda çalışanlardan daha yüksəkdir, lakin əmək müqaviləsinin bağlanmaması, rəsmi qeydiyyatda olan işçi hesab edilməmələri onları bir sıra  çətinliklərlə üz-üzə qoyur. Qeyri-leqal məşğulluğa qarşı mübarizəni gücləndirmək məqsədi ilə son vaxtlarda respublikada hərtərəfli iş aparılır.

Biz qeyri-leqal iqtisadiyyat sahəsində çalışan işçilərin əmək hüquqlarının pozulması halları ilə  tez-tez rastlaşırıq. Buraya əmək müqaviləsinin bağlanmaması, iş reciminin qanunvericiliyə uyğun təşkil edilməməsi, işçilərin qanunvericilikdə nəzərdə tutulmuş gündəlik və həftəlik iş vaxtından artıq işləmələri, istirahət və bayram günlərində işə  cəlb edilmələri, onlara məzuniyyət verilməməsi,  maaş cədvəlində məbləğin olduğundan az göstərilməsi, əməyin mühafizəsi və sanitar-gigiyenik normalara cavab verməyən şəraitdə işləmələri və digər halları aid etmək olar.

Hesab edirəm ki, qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə fəaliyyətimizi gücləndirməliyik. Birgə monitorinqlər aparmalı, işçilər arasında təbliğat işini genişləndirməli, işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması məqsədi ilə lazımi addımları atmalıyıq.

Hörmətli nümayəndələr!

Ötən müddət ərzində AHİK-in və onun üzv təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də layiqli əməkhaqqı uğrunda mübarizə olmuşdur. Məqsəd ədalətli bölgüyə əsaslanmış və işçinin iqtisadi müstəqilliyini, ailənin ehtiyaclarını təmin edən, gələcəyə investisiya qoymaq imkanı verən əməkhaqqına nail olmaqdır.  Azərbaycan həmkarlar ittifaqları öz üzvlərinin həyat şəraitinin keyfiyyətcə yüksəlməsinə çalışmalıdır. İnsanlar sıralarımıza daxil olarkən üzvlük haqlarını xoşbəxt həyat haqqında nağıl eşitmək üçün ödəmirlər. İşçinin əməkhaqqı artırsa, hüquqları qorunursa, layiqli əmək şəraiti varsa, deməli, həmkarlar ittifaqları öz missiyasının öhdəsindən gəlir.

Hesabat dövründə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının inkişaf dinamikasına nəzər yetirək. 2008-ci ildə bu rəqəm 274,4 manat idisə, 2009-cu ildə 298 manat, 2010-cu ildə 331,5 manat, 2011-ci ildə 363,1 manat, ötən ilin yanvar-noyabrında isə 391,4 manat olmuşdur. Göründüyü kimi, böyük irəliləyiş var. Bu təqdir olunmalıdır.

Bizcə, sadəcə, əməkhaqlarının artması şərt deyil. Bizə işçinin sərf etdiyi əməyə uyğun əməkhaqqı artımı lazımdır. Elə bir əməkhaqqı artımı ki, işçinin, onun ailəsinin layiqli həyat şəraitinin təmin olunmasına kifayət etsin.

Qeyd edim ki, ölkəmizdə əməyin ödənilməsinə sərf olunan vəsaitin istehsal olunan ümumi daxili məhsulun tərkibindəki payı təqribən 18-20% təşkil edir. Bu da inkişaf edən ölkələrdə mövcud olan analoci göstəricilərdən xeyli aşağıdır.

Əməkhaqqının yüksəldilməsi uğrunda mübarizədə əsas rolu dövlət tərəfindən əməkhaqqının ödənilməsinin təminatı olan minimum əməkhaqqı oynayır. Respublika həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir. Həmkarlar ittifaqlarının bu sahədə həmrəyliyinin müsbət təsiri olmuşdur. Son 5 ildə ölkədə minimum əməkhaqqı 60 manatdan 93,5 manata çatdırılmışdır. Amma bu göstərici də yaşayış minimumundan aşağıdır. Yaşayış minimumunu isə biz təsdiq edilmiş metodikaya uyğun olaraq, eləcə də dövlət statistikasının məlumatından istifadə edərək ildə dörd dəfə hesablayır və zəruri hallarda dövlət orqanlarına çatdırırıq. 2012-ci il oktyabrın 1-nə hesablamalara görə, bu göstərici əmək qabiliyyətli əhali üçün 182 manat, pensiyaçılar üçün 96,6 manat, uşaqlar üçün 115,2 manat təşkil etmişdir.

AHİK öz üzv təşkilatlarını sosial bərabərlik, vətəndaşların gəlirlərindən ədalətli vergi tutulması, əhalinin imkanlı təbəqəsindən tutulan verginin artmasını nəzərə alaraq minimum yaşayış həddindən aşağı gəlirləri olan vətəndaşların vergidən azad edilməsi uğrunda mübarizədə müdafiə edir. Üzv təşkilatlara kömək məqsədi ilə ölkədə fiziki şəxslərdən tutulan vergilər barədə problemin kompleks təhlili verilmiş və müvafiq tövsiyələr işlənib hazırlanmışdır. Həmkarlar ittifaqlarına bu sahədə daha qətiyyətlə işləmək lazım gəlir.

Yaranmış vəziyyətdən çıxış yolunu, yuxarıda qeyd etdiyim kimi, ilk növbədə minimum əməkhaqqının Avropa standartlarına uyğun müəyyən edilməsində görürük. Bu addım həmçinin qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasına yardım edəcəkdir. Hesab edirik ki, respublikada əməyin ödənilməsində islahatların dərinləşdirilməsinə daha ciddi yanaşılmalı, əməyin ödənilməsi haqqında qanun işlənilməli və qəbul edilməlidir.

Əziz həmkarlarım!

Bildiyiniz kimi, Azərbaycanda sosial tərəfdaşlığın təmin olunmasında sosial tərəfdaşlığın subyektləri - Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Respublika Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məntiqli və düşünülmüş siyasət yürüdür, bütün tərəflərin maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər. Siz bunu sosial tərəfdaşlarımızın tədbirimizdə iştirak edən nümayəndələrinin çıxışlarından da duydunuz.

Respublikada əmək, əmək münasibətləri, əhalinin məşğulluğu, təhlükəsizlik və əməyin mühafizəsi, əməkçilərin sosial təminatları: minimum əməkhaqqının artırılması, yeni iş yerlərinin açılması, istirahət və sağlamlığının qorunması kimi hüquqlar Nazirlər Kabineti, AHİK və Respublika Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan Baş Kollektiv Sazişdə də öz əksini tapmışdır.

Təcrübə göstərir ki, mövcud problemlərin həlli sosial dialoq vasitəsilə daha asan və səmərəli olur. 2012-2013-cü illər üçün bağlanmış Baş Kollektiv Sazişdəki öhdəliklərin yerinə yetirilməsi tərəflərin bu sənədə nə dərəcədə əhəmiyyət vermələrinin göstəricilərindəndir.

Azərbaycanda sosial dialoqu gücləndirmək, onu beynəlxalq normalara uyğunlaşdırmaq məqsədi ilə AHİK-də «Sosial tərəfdaşlıq haqqında» qanun layihəsi hazırlanmışdır. Daimi fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi ekspertizadan keçirilmək üçün BƏT-in Azərbaycandakı nümayəndəliyinə təqdim edilmişdir.

2010-cu ildə Bakıda keçirilmiş Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclasında AHİK-in ölkədə sosial dialoqun inkişafında rolu xüsusilə vurğulanmış və ÜHİK-in üzv təşkilatlarına bu təcrübədən praktiki işlərində istifadə etmək tövsiyə olunmuşdur.

Hesabat dövründə Azərbaycanda AHİK-in iştirakı ilə BƏT-in həmkarlar ittifaqları və işəgötürənlər təşkilatları ilə sosial dialoq və onların potensialının formalaşdırılması, yoxsulluğun azaldılması və iş yerlərinin yaradılması, uşaq əməyi, miqrasiya və digər məsələlərə dair bir neçə texniki əməkdaşlıq layihəsi icra olunmuşdur. Bu layihələr davam etməkdədir. Azərbaycan və BƏT arasında əməkdaşlıq BƏT-in Layiqli Əmək Konsepsiyasının qəbul edilməsinə şərait yaratmışdır.

AHİK-in və üzv təşkilatlarının fəaliyyətində ən mühüm istiqamətlər əməkçilərin mənafelərinin müdafiəsi və qanunvericilik yaradıcılığında iştirak olaraq qalır. Həmkarlar ittifaqlarının əsas vəzifəsi vahid hüquqi müstəvinin, ümumi əmək bazarının formalaşması, beynəlxalq sənədlərin əsas müddəalarının milli qanunvericiliyə daxil edilməsidir.

Son illər aparılan iqtisadi islahatlarla əlaqədar əmək qanunvericiliyi təkmilləşdirilir. Əmək qanunvericiliyinin hansı formada təkmilləşmə­sindən asılı olmayaraq həmkarlar ittifaqları islahatların əmək adamının istismarı hesabına həyata keçirilməsinin əleyhinədir və əmək münasibətləri sahəsində qüvvədə olan təminatların azalmasına razı deyil. Bu, həmkarlar ittifaqlarının prinsipial mövqeyidir. Bizim bu mövqeyimiz Əmək Məcəlləsində edilmiş dəyişikliklərdə və əlavələrdə öz əksini tapmışdır. İndiyədək Əmək Məcəlləsinə aid verdiyimiz 60-dan çox rəy və təklifin əksəriyyəti qəbul olunmuşdur.

Ümumilikdə son 5 ildə AHİK-in iştirakı ilə 113 qanunvericilik aktı və normativ sənədlər qəbul olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» qanuna, Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və sair sənədlərə bir sıra önəmli dəyişikliklər edilmişdir. Respublikada gənclərin mənafelərini müdafiə edən 39 hüquqi akt qəbul olunmuşdur.

Bu məqamda bir məsələyə də toxunmaq istəyirəm. Həmkarlar ittifaqları muzdlu işçilərlə müddətsiz əmək müqaviləsi bağlamağın tərəfdarıdır. İşçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq lazım gəldikdə mümkün olan halların siyahısı Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuşdur.  Hesab edirik ki,  müqavilə  bağlamaq   lazım gəldiyi zaman bəzi işəgötürənlər müddətli əmək müqaviləsi bağlamaqdansa, müəssisədə vakant yerlərin olmasına baxmayaraq, mülki-hüquqi müqavilələrin, o cümlədən podrat, xidmət, tapşırıq müqavilələrinin bağlanmasına daha çox üstünlük verirlər. Bununla da bəzi işəgötürənlər xərclərin azaldılması məqsədi ilə əmək qanunvericiliyinin tələblərini pozurlar. Mülki-hüquqi müqavilələr əmək münasibətləri yaratmadığına görə əmək qanunvericiliyi onlara şamil edilmir. Faktların təhlili göstərir ki, məhz bu səbəbdən də maliyyə böhranı şəraitində iqtisadiyyatın dövlət və özəl bölmələrinin bir çoxunda işçilərin əmək hüquqları pozulmuşdur. Bu hal əmək ehtiyatlarından və əmək bazarından istifadə olunmasına mənfi təsir göstərir, əmək münasibətlərinin tənzimlənməsində əmək qanunvericiliyinin tətbiqinə çətinlik yaradır, işçilərin sosial təminat və məzuniyyət hüquqlarını pozur, həmçinin işəgötürənin real mənfəət qazanmasına səbəb olur.

AHİK-in illik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir.

Bu isə müvafiq dövlət orqanları və müfəttişliklərin vəziyyətə tam nəzarət edə bilmədiklərinə sübutdur. İşəgötürənlər də onların öz funksiyalarını yerinə yetirmələrinə tez-tez maneçilik törədirlər. Bütün bunlar həmkarlar ittifaqlarını inzibati xətalar və cina­yət qanunvericiliyini daha da sərtləşdirməyi tələb etməyə vadar edir.

Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası məhkəmələrində həmkarlar ittifaqı hüquqşünaslarının iştirakı ilə 113 əmək mübahisəsinə baxılmışdır. Bunların 50 faizini işçilər udmuşlar. Bəzi hallarda isə müəssisənin bağlanmasının qarşısı alınmış, iş yerlərini qoruyub saxlamaq, işçilərin pozulmuş əmək hüquqlarını bərpa etmək mümkün olmuşdur. 9974 adama təmənnasız hüquqi yardım göstərilmişdir.

Həmkarlar ittifaqı üzvləri ilə möhkəm əlaqələrin qurulması, çətinliyə düşmüş həmkarlar ittifaqı üzvünə kömək əli uzatmaq hər bir həmkarlar ittifaqı təşkilatına ən azı nüfuzunun artması üçün vacibdir. AHİK-ə daxil olan illik statistik hesabatların ərizə və şikayətlərlə bağlı bəndlərindəki rəqəmlər, AHİK-in poçtuna daxil olan məktublar vaxtaşırı təhlil olunur, ortaya çıxan problemlərin tezliklə aradan qaldırılması üçün konkret tədbirlər görülür. Nəticədə həmkarlar ittifaqına inam artır. Hesabat dövründə respublika həmkarlar ittifaqlarına 864.818 ərizə və şikayət daxil olmuş və onların 98,2%-i müsbət həllini tapmışdır. 2012-ci ildə isə müsbət həll olunan müraciətlərin sayı artmış və 98,6% təşkil etmişdir.  İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 17.028 müraciət olmuşdur. Həmkarlar ittifaqları işçilərin qanunsuz işdən çıxarılması  məsələsini nəzarətdə saxlayaraq onlara verilmiş hüquqların köməyi ilə tədbirlər görmüşlər.

Son 5 ildə işə bərpa olunmaq ilə əlaqədar 2719 müraciətdən 847-si həllini tapmışdır. 2008-ci illə müqayisədə belə müraciətlərin sayı 2,5 dəfə,  işə bərpa olunanların sayı isə 1,1% artmışdır. 3568 nəfərin müraciətinə AHİK-in rəhbər işçiləri tərəfindən baxılmış, onlardan 700 nəfər isə AHİK sədrinin qəbulunda olmuşdur. Ərizə və şikayətlərin həllinə düzgün yanaşma nəticəsində AHİK-ə çoxsaylı minnətdarlıq məktubları göndərilmişdir.

AHİK-in öz poçtuna ötən 5 il ərzində vətəndaşlardan 4277 məktub, ərizə və şikayət daxil olmuş, bu müraciətlərin hamısına baxılaraq vətəndaşlara köməklik göstərilmişdir.

Biz, həmkarlar ittifaqı olaraq, əmək hüququnu xüsusi diqqətdə saxlayaraq əməyin hüquqi cəhətdən tənzimlənməsini, muzdlu işçilərin hüquqlarının kompleks təminatını və bunun həyata keçirilmə mexanizmini ayarlamaq  istəyirik.

Qlobal iqtisadi böhran şəraitində əmək potensialının qorunması probleminin həlli həmkarlar ittifaqından əməyin mühafizəsinin, layiqli əmək uğrunda mübarizənin, təhlükəsiz əmək şəraitinin yaradılmasının yeni səmərəli sisteminin axtarılmasını tələb edir. Əməyin və işçilərin sağlamlığının mühafizəsi həmkarlar ittifaqının prioritet vəzifələrindən hesab olunur.

AHİK-in və üzv təşkilatların bu sahədə gördükləri işlər əməyin mühafizəsinin, sağlamlığın qorunması işinin və ətraf mühitə ictimai nəzarətin gücləndirilməsinə səbəb olmuşdur. 2008-2012-ci illər ərzində həmkarlar ittifaqları orqanının texniki əmək müfəttişləri müəssisə və istehsalatlarda 3,2 mindən artıq müayinə aparmışlar. Əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin 14,1 mindən artıq pozulması faktı aşkara çıxarılmışdır. İşəgötürənlər tərəfindən əməyin mühafizəsi tələblərinə riayət olunmaması ilə əlaqədar onlara 2220-dən çox təqdimat verilmişdir. Əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 668-ə yaxın məsələ həmkarlar ittifaqı orqanlarında müzakirə edilmişdir.

Respublika üzrə son beş ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 1386 nəfər zədələnmiş, 331 nəfər dünyasını dəyişmişdir. Zədəlilərin cəmi 389 nəfəri, dünyasını dəyişənlərin isə 117-si həmkarlar ittifaqlarının xidmətində olan müəssisə və təşkilatların payına düşür. Yəni bizim nəzarətimizdə olan istehsalatlarda belə hadisələrin sayı orta hesabla 3 dəfədən aşağıdır. 2012-ci ilin məlumatına əsasən, istehsalatda xəsarət alanların sayı 34,2%, ölənlərin sayı isə 36,8% azalmışdır. Yenə həmkarlar ittifaqlarının xidmətində olan müəssisələrdə ölüm hadisəsi ümumi göstəricidən  3 dəfə aşağıdır.

AHİK BƏT-in layihələrini dəstəkləyərək hər il haqqında söhbət açdığımız mövzuda məqsədli tematik tədbirlərin reallaşdırılmasının təşəbbüskarına çevrilmişdir. Yalnız son 5 ildə respublikanın regionlarında 370-dən çox zona seminarı, dəyirmi masalar və başqa tədbirlər keçirilmişdir. Bu tədbirlərdə 1500-ə yaxın rayon və şəhər həmkarlar ittifaqı komitələrinin sədrləri və dövlət nəzarət orqanlarının mütəxəssisləri iştirak etmişlər. Qurultaylararası dövrdə hər il keçirilən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» müsabiqəsində 3000-ə yaxın müəssisə və təşkilat iştirak etmişdir. Ən yaxşı 207 müəssisə və təşkilat seçilərək AHİK-in diplom və hədiyyələri ilə mükafatlandırılmışdır. Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin işləyən hər nəfərə düşən payının 20% artaraq əvvəlki illərlə müqayisədə 16,6% çoxalmasına imkan vermişdir.

Ümumiyyətlə, son 5 ildə həmkarlar ittifaqları əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələləri üzrə 40-dan çox qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində, əməyin mühafizəsinə dair BƏT-in 2 konvensiyasının ratifikasiyaya hazırlanmasında iştirak etmişdir. Bizim təşəbbüsümüz və iştirakımızla hazırlanmış  «İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında» qanun Milli Məclisdə qəbul edilmiş və 2011-ci ilin yanvar  ayından qüvvəyə minmişdir.

2012-ci il yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır. Şuranın əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi və həyata keçirilməsində mühüm rol oynayacağına inanırıq. Burada hökumətin təmsilçilərinin iştirakından istifadə edib bir məsələni vurğulamaq istəyirəm. Hələ 5 il qabaq bizim iştirakımızla əməyin mühafizəsi və sağlam iş şəraitinin yaxşılaşdırılması üzrə Konsepsiya hazırlanmışdı. Təəssüf ki, bu günə qədər həmin sənədə yaşıl işıq yandırılmamışdır. Eyni zamanda Baş Kollektiv Sazişə neçə illərdir  bu sahədə Dövlət Proqramı yaradılması barədə müddəa daxil etsək də, hələ nəticəsi yoxdur.

Hörmətli qurultay iştirakçıları!

Əməyin mühafizəsi və təhlükəsiz iş şəraiti gələcəkdə sağlam pensiya dövrünü qarantiləyir.

Hazırda respublikamızda pensiyaçıların sayı 1.272  min nəfərdir. Bu da əhalinin  ümumi sayının 13,7 faizini təşkil edir.

AHİK-in seçkili orqanlarında vətəndaşların pensiya təminatı məsələləri vaxtaşırı olaraq müzakirə edilmiş, ekspertlər tərəfindən təkliflər hazırlanmışdır. Vətəndaşların pensiya hüquqları onların fərdi uçotunun məlumatları əsasında müəyyənləşdirilmiş və beləliklə də, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.

Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq pensiyaların minimum məbləği və minimum əməkhaqqının qarşılıqlı əlaqəsini əsas götürərək bu göstəricilərin orta aylıq əməkhaqqının 60%-nə çatdırılmasına səy göstəririk. Deyə bilərik ki, həmkarlar ittifaqlarının 2008-2012-ci illərdə layiqli pensiya uğrunda mübarizəsi öz bəhrəsini vermişdir.

Göstərilən müddətdə pensiyaların baza hissəsi 7 dəfə, sığorta hissəsi isə 6 dəfə  indeksləşdirilmiş, hazırda pensiyanın baza hissəsi 85 manat təşkil edir. «Əmək pensiyaları haqqında» qanuna son dəyişikliklərə əsasən, yeni sığorta-pensiya sisteminə keçildiyi 2006-cı ildən əvvəl və sonralar təqaüdə çıxmış vətəndaşların pensiyaları orta hesabla 40% artmışdır. Əvvəlki sistemlə təyin olunmuş pensiyalara 2011-ci il iyulun 1-də yenidən baxılması nəticəsində pensiyaların orta aylıq məbləği 152 manata qədər yüksəlmişdir. Bildiyiniz kimi, «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» qəbul edilmişdir. Yuxarıda dediklərimiz Proqramın müvəffəqiyyətlə həyata keçirildiyini göstərir. Həmin sənədə əsasən, qarşıdakı üç il ərzində pensiyaların yığım hissəsi ilə bağlı islahatlar aparılacaqdır.

Qeyri-dövlət fondları yaradılacaq, işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları aşağı salınacaq, işçilərin əməkhaqlarından ödədiyi vəsaitlər artırılacaqdır. Bizcə, bu, Proqramın ən həssas hissələridir. Həmkarlar ittifaqları həmin prosesi çox diqqətlə izləməli, üzvlərinin mənafeyinə toxunacaq addımları önləməlidir. Sözsüz ki, son illər pensiya yaşının artması da həmkarlar ittifaqını narahat etməyə bilməz.

         Sağlamlığın mühafizəsi hər bir insanın hüququdur. Həmkarlar ittifaqları bu hüququn qorunmasını qətiyyətlə müdafiə edir. Biz işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər görürük. Hazırda həmkarlar ittifaqlarının fəaliyyət göstərən 7 sanatoriyası, 1 müalicə pansionatı və 2 istirahət evi vardır. Bu müəssisələrin 12600 çarpayı fondunun yalnız 2250-sindən sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun əsas səbəbi orada qaçqınların və məcburi köçkünlərin məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdır.

Lakin çalışırıq ki, bu çatışmazlığı yeni istirahət ocaqlarının istifadəyə verilməsi ilə aradan qaldıraq. Məqsədimizə nail olmaq yolunda uğurlu addımlar atılmışdır. Qurultaylararası dövrdə Dəmiryolçuların Müstəqil HİRK-in 140 yerlik, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in 96 yerlik, Rabitə İşçiləri Müstəqil HİRK-in 52 yerlik istirahət evi fəaliyyətə başlamışdır. Təhsil İşçiləri Azad HİRK-in 260 yerlik sağlamlıq ocağı isə bu il istifadəyə veriləcəkdir.

Ötən  beş ildə 158.889 nəfərin istirahət və müalicəsini təşkil etmişik. Həmkarlar ittifaqları bunun üçün 70,7 milyon manat vəsait xərcləmişdir. Sanatoriya-kurort yollayışlarından 90 faizdən çox hissəsi əməkçilərə dəyərinin 15 faizi ödənilməklə, 10 faizə  qədəri tam güzəştlə pulsuz verilmişdir.

AHİK və