AHİK rəhbərlərliyi Şəhidlər Xiyabanını ziyarət ediblər
19 Jan 2021
Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev, sədrin 1-ci müavini İlyas Əliyev, müavinləri Aqil Dadaşov, Əbil Ağasıyev, Cavanşir Alxasov, AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında ölkəmizin azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Ziyarət zamanı fikirlərini bölüşən
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki, “bu tarix dövlətimizin
faciəli, eyni zamanda, ən şanlı səhifələrindən biridir. Əliyalın xalq canları,
qanları bahasına silahların, tankların qarşısında sipərə çevrildi, Azərbaycanın
müstəqil və qüdrətli dövlətə çevrilməsinin başlanğıcı oldular. Bu gün bütün şəhidlərimizin
ruhu şaddır. Ona görə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusu doğma, əzəli və əbədi Qarabağ torpaqlarımızı işğaldan azad
edib.
Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət diləyir,
məzarları önündə baş əyirik.”