AZ | RU | EN
AZ | EN | RU

AHİK-in təşkilatçılığı ilə video-seminarlar keçirilib

24 Dec 2020

Dekabrın 22,23,24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə seminarlar keçirilib. 

Onlayn formatda təşkil olunan tədbirlərdə Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayıldığı dövr ərzində məşğulluq problemləri, gender bərabərsizliyi kimi məsələlər müzakirə olunub.
Seminarlarda “COVİD-19 pandemiyası dövründə gənclərin məşğulluğu”, “Gender problemləri, COVİD-19 pandemiyasının gender bərabərsizliyinə təsiri” və “Qeyri-Formal məşğulluqla bağlı vəziyyət” mövzularında dinləmələr aparılıb, qaldırılan problemlər təhlil edilib.
3 gün davam edən müzakirələrdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının və Sahibkarlıq, Özəl-Elm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı nümayəndələri iştirak ediblər.

FAYDALI KEÇİDLƏR