AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri ədliyyə işçilərini təbrik etdi

22 Nov 2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Ədliyyə naziri cənab Fikrət Məmmədova təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Sizi və rəhbərlik etdiyiniz qurumun bütün kollektivini 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində yürüdülən prinsipial və qətiyyətli strategiya dövlət siyasətinin əsas qayəsini təşkil edir. Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş və bu sahədə islahatların həyata keçirilməsinə nail olmuşdur. Bu gün ümummilli liderin uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyevin ciddi səyi nəticəsində ölkədə insan hüquqları və azadlıqlarının təmini daha da təkmilləşmişdir. 

Respublikamızda demokratikləşmə sahəsində, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, peşəkar hakim korpusunun formalaşdırılması,  penitensiar xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiyaya qarşı qəti və barışmaz mübarizə aparılması ilə bağlı dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.

Bir daha Sizi və bütün ədliyyə işçilərini çoxsaylı həmkarlar ittifaqı üzvləri adindan ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

FAYDALI KEÇİDLƏR