AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri İstanbulda baş vermiş terrorla bağlı başsağlığı verdi

29 Jun 2016

AHİK-in sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev İstanbul şəhərində baş vermiş faciə ilə bağlı Türkiyənin həmkarlar ittifaqları liderlərinə (Türk-İş İşçi Sendikaları Konfederasiyasının sədri Ergün Atalaya, HAK-İŞ Konfederasiyasının sədri Mahmut Arslana, Avrasiya Kənd-Qida, Kənd Təsərrüfatı, Meşə və Turizim Sendikasının sədri Cəmail Bakındıya, Türk-Metal Sendikasının sədri Pevrul Kavlaka, Komu-Sen Konfederasiyasının sədri İsmail Koncuka, Devrimçi İşçi Sendikaları Konfederasiyasının sədri Kani Bekoya, Memur Sendikaları Konfederasiyasının sədri Ali Yalçına) başsağlığı teleqramı göndərib.

Teleqramda deyilir:

"İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar kədərinizi bölüşərək Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycanın bütün həmkarlar ittifaqı üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralılara və xəsarət alanlara Allahdan  şəfa diləyirəm."

FAYDALI KEÇİDLƏR