AHİK sədri Novruz bayramı münasibəti ilə xalqı təbrik etdi
19 Mar 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Novruz bayramı münasibəti ilə seçicilərini və həmkarlar ittifaqı üzvlərini təbrik edib.
Təbrikdə deyilir:
Sizləri əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik
edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə
uğurlar arzulayıram.
Bizlər üçün çox qədim kökləri olan, uzaq keçmişlərdən
xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın
sınaqlarından uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlərin baris nümunəsidir.
Yaz fəslinin vətənimizə builki gəlişi xüsusən əlamətdar
oldu. Yurdumuzun bu baharına dövlətçilik tariximizin qızıl hərfləri ilə qədəm
qoyuruq.
Ulu öndər Heydər Əliyev ənənəsini uğurla davam etdirən
Ali Baş Komandan İlham Əliyevin liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi,
cəsarəti ilə haqq işi uğrunda qazandığımız qələbə bizlərin yumruq kimi
birləşməsinə, ruhumuzun yenilənməsinə yol açdı.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı
bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda
etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin
ehtiramla yad edirik.
Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat, sevinc, ruzi-bərəkət bəxş eləsin.
Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat, sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!