AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri Səttar Mehbalıyev başsağlığı verdi

18 Feb 2016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millər vəkili Səttar Mehbalıyev Türkiyə Həmkarlar İttifaqları Mərkəzlərinin rəhbərlərinə Ankara şəhərində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı teleqramları göndərib.

Teleqramlarda deyilir:
 
“Əziz qardaşlarımız,
Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizədə hər zaman sizi dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
 
Səttar Mehbaliyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət vəkili

FAYDALI KEÇİDLƏR