AZ | RU | EN

AHİK sədri Türkiyəli həmkarlarına başsağlığı verdi

07 Jun 2016

AHİK-in sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev İstanbul şəhərində baş vermiş faciə ilə bağlı Türkiyənin həmkarlar ittifaqları liderlərinə (Avrasiya Kənd-Qida, Kənd Təsərrüfatı, Meşə və Turizim Sendikasının sədri Cəmail Bakındıya, HAK-İŞ Konfederasiyasının sədri Mahmut Arslana, İşçi Sendikaları Konfederasiyasının sədri Ergün Atalaya, Türk-Metal Sendikasının sədri Pevrul Kavlaka, Komu-Sen Konfederasiyasının sədri İsmail Koncuka, Devrimçi İşçi Sendikaları Konfederasiyasının sədri Kani Bekoya, Memur Sendikaları Konfederasiyasının sədri Ali Yalçına) başsağlığı teleqramı göndərib.

Teleqramda deyilir:

İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizədə hər zaman sizi dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.