AHİK sədrinin jurnalistlərlə mətbuat konfransı keçirilib
14 Aug 2020
Avqustun
14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata
keçirilən tədbirlər” mövzusunda Kütləvi İnformasiya Vasitələri nümayəndələri
üçün mətbuat konfransı keçirib.
Media
nümayəndələri qarşısında çıxış edən AHİK sədri bildirib ki, avqustun 6-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus
pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə
bağlı keçirdiyi videoformatda müşavirə göstərdi ki, dövlətimiz bəşəriyyətin
başı üstünü almış COVID-lə mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul etmiş,
daxili imkanlardan bacarıqla bəhrələnərək vəziyyəti nəzarətdə saxlaya
bilmişdir. Nəticə göz qabağındadır. Cənab İlham Əliyevin sözügedən müşavirədə də
dediyi kimi: “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə
olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki,
görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir...İyulun 16-dan bu günə
qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”.
Dövlətimizin
başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti mərhəmət, nəciblik
və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın bu sınaq günlərində xalqa müraciəti, “Instaqram” səhifəsində
etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümünələridir.
Təbii
ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqlar da iaxından
iştirak etmişdir. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı
olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən
addımlar atmışdır.
S.
Möhbalıyev bir məsələni xüsusilə qeyd edib ki, möhtərəm Prezident İlham Əliyev pandemiya ilə əlaqədar işçilərin ixtisara
salınmaması, onların əmək hüquqlarının qorunması barədə dəfələrlə tapşırıqlar vermiş, bu məsələlərə
ciddi yanaşılmasını tələb etmişdir. Sözsüz ki, Prezidentin tələbləri bizim məqsədlərimiz
ilə uyğunlaşır və biz də hər zaman onu dəstəkləyirik.
AHİK sədri
qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatların,
o cümlədən Pan Avropa Regional Şurasının və Beynəlxalq Əmək Təşkilatının üzv
ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik
səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində
atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə həyata
keçirdiyi tədbirlər barədə iştirakçılara geniş məlumat vermişdir. Hər iki beynəlxalq
təşkilat bu sahədə respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Pandemiya
dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı
tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Operativ Qərargah tərəfindən
yaradılmış qrupun işəgötürənlərə ünvanladığı Bildiriş bütün üzv təşkilatlara
göndərilmişdir.
COVID-19
infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə
elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları
daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə
və aztəminatlı ailələrə maddi dəstək göstərmişdir. Son vaxtlar yalnız AHİK tərəfindən
1200 nəfərdən çox həmkarlar ittifaqı üzvünə ümumilikdə 303 min manatdan çox
maddi yardım göstərilmişdir.
Bununla
yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə
Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla
mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə
bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat
vəsait köçürülmüşdür. 27 iyul 2020-ci il tarıxdə “Regional İnkişaf” İctimai
Birliyinə əlavə olaraq 100 min manat vəsait
köçürülmüşdür. Eyni zamanda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat
köçürülmüşdür.
AHİK
İcraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarına əsasən, Naxçıvan
Muxtar Respublikasının koronavirusla mübarizəyə Dəstək Fonduna əlavə olaraq
daha 100 min manat, Naxçıvan Həmkarlar İttifaqları Şurasına 10 min manat maliyyə
yardımı edilmişdir. İclasda həmçinin, 2016-cı il Aprel və 2020-ci il İyul
döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının
himayəyə götürülməsi və hər bir uşağa 18
yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınmışdır.
AHİK və
onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində
29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda
yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən
çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881
manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi
üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu
vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar
ittifaqı üzvlərinə 302.979 manat maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının
rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş,
Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür.
AHİK-in
üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi
yardım və ərzaq yardımları göstərmişlər.
Ümumilikdə,
Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə
və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə
4.204.445 manatdan çox vəsait xərclənmişdir. Bu tədbirlər hazırda da davam
etdirilməkdədir.
S.
Möhbalıyev bir daha bildirib ki, biz həmkarlar ittifaqları olaraq öz işimizi
bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar
və göstərişlər əsasında qurmalıyıq. İlk növbədə üzvlərimiz qoyulan karantin
rejiminə ciddi əməl etməklə bu qaydalara əməl olunmasına nəzarəti də gücləndirməlidirlər.
Həmkarlar ittifaqları olaraq işçilərin sosial-iqtisadi hüquqlarının
qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə
diqqəti bir daha artırmalıyıq.
Ölkə prezidenti cənab İlham Əliyevin koronavirusla
mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı
videoformatda keçirdiyi müşavirədəki yekun nitqində dediyi «yeganə yolumuz
insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət
almasına yol verməmək və beləliklə vətəndaşlarımızı, dövlətimizi bu vəziyətdən
xilas etməkdir» çağırışındakı hikmət həmkarlar ittifaqlarını dəırindən
düşündürməli və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.
Mətbuat konfransında AHİK sədri jurnalistləri
maraqlandıran suallara da cavab vermişdir.