AHİK tərəfindən bir qrup aztəminatlı ailələrə maddi yardımlar təqdim edildi
08 Aug 2019
Avqustun 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüşüb. AHİK sədri onları, eyni zamanda xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, hər birinin problemləri ilə tanış olub.
S. Möhbalıyev
dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə
üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və
qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim
diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident
Mehriban Əliyevanın bu sahəyə
xüsusi diqqət yetirdiyini bildirib.
Aparılan bu
genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin
rifahının yaxşılaşdırılmasına xidmət edir. Son dövürlərdə imzalanmış sərəncamlar -
minimum aylıq əməkhaqqının 180 manatdan
250 manata çatdırılması, dövlət
qulluqçularının aylıq vəzifə maaşlarının orta hesabla 50% artırılıması,
pensiyaların minimum məbləğinin 160 manatdan
200 manata qaldırılması, hərbi və hüquq
mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40% yüksəldilməsi
bunun baris nümunəsidir.
Artım eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə
özünü göstərib. Bundan başqa ölkənin müxtəlif şəhər və bölgələrində
bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi
köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə
verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses bundan sonra da davam edəcəkdir.
Sonra sədr
görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, öz təkliflərini verib.
Qarşılaşdıqları problemlərin həllində onlara müəyyən imkan daxilində köməklik
göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını
bildiriblər.
Tədbirdən sonra iştirak
edənlərin hər birinə maddi yardımlar təqdim edilib.