Ahıllar evində görüş keçirilib
04 Oct 2019
Oktyabrın 4-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Ahıllar günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda olublar.
Respublika Komitəsinin əməkdaşları artıq 10-cu ildir ki,
ahıllar gününü bu ocağın sakinləri ilə birlikdə qeyd edir.
Tədbirdə Respublika Komitəsinin sədri Məhəmmədəli
Salmanov ətrafına toplaşmış ağsaqqallardan və ağbirçəklərdən yaşadıqları şəraitə
münasibətlərini soruşdu. Hamı birağızdan minnətdarlıqla razılığını bildirdi. Məhəmmədəli
müəllim bu şəraitin dövlətimizin, onun başçısı cənab İlham Əliyevin yeritdiyi
sosial siyasətin nəticəsi olduğunu söylədi. Dedi ki, cənab Prezidentimiz üçün vətəndaşlarımızın
hamısı, o cümlədən ahıllar da doğma və əzizdir. Biz də, həmkarlar ittifaqı
olaraq, ölkə başçısının sosial siyasətinin uğurla həyata keçirilməsi üçün var
qüvvəmizlə çalışırıq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü və təşkilatçılığı ilə yaşlı nəslin
cəmiyyətimizin diqqətində saxlanılmasına xidmət edən layihələr hazırlanıb
reallaşdırılır. Bugünkü tədbir də bu layihələrin tərkib hissəsidir.
Tədbir yemək süfrəsi ətrafında davam etdi. Respublika
Komitəsinin xidmətində olan Z.Tağıyev adına Mədəniyyət Klubunun ansamblı iştirakçıların
qarşısında konsert proqramı ilə çıxış etdi.