AZ | RU | EN
AZ | EN | RU

Ahıllar Evində görüş keçirilib

08 Oct 2018

Oktyabrın 8-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bir qrup əməkdaşı Ahıllar Günü münasibətilə Bilgəhdə Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Ahıllar evində) olublar. 

Tədbiri Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov açaraq bildirib ki, rəhbərlik etdiyi sahənin əməkdaşları bu məkana vaxtaşırı baş çəkməyi, onun sakinləri ilə görüşüb təmasda olmağı, diqqət və qayğı göstərməyi özlərinə mənəvi borc sayırlar. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.  Səttar müəllim yaxşı bilir ki, sizin əksəriyyətiniz vaxtilə iş yerlərinizdə həmkarlar ittifaqının üzvü olmuş, bu təşkilatın inkişafına töhfələr vermisiniz Təbii ki, biz sizin ziyarətinizə müxtəlif sovqatlarla gəlmişik. Amma hiss edirik ki, sizi hədiyyələrimizdən daha çox mənəvi yaxınlıq, isti münasibət sevindirir, həyatınızı rövnəqləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti sayəsində dövlətimiz sizə rahat yaşamaq üçün hər cür şərait yaradıb. Yaşadığınız bina tam təmirli və səliqəlidir. Buradakı şərait göz oxşayır. Pansionatın işçiləri sizə qayğıkeşlilə yanaşırlar. Səmimi və gülərüzdürlər. Yeməkxananızda yeməklərin çeşidi geniş və sağlamlıq üçün faydalıdır.

Pansionatda yaşayan insanlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmkarlar ittifaqları kollektivlərinə, bu sağlamlıq ocağının müdiriyyətinə öz minnətdarlıqlarını bildirdilər.
Görüş Respublika Komitəsinin əməkdaşlarının təşkil etdiyi süfrə ətrafında davam edib. Gətirilən sovqatlar Ahıllar evinin sakinlərinə təqdim edilib. Respublika Komitəsinin xidmətində olan Z.Tağıyev adına Toxuculuq Kombinatının özfəaliyyət ansamblının ifasında mahnılar, rəqslər səsləndirilib.

FAYDALI KEÇİDLƏR