AZ | RU | EN
AZ | EN | RU

AHİK-də 20 Yanvar faciəsinin anım mərasimi keçirilmişdir

17 Jan 2014


20 Yanvar hadisələrinin mahiyyətindən danışan sədr bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gün keçmiş Sovet dövlətinin xalqımıza qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yazılmışdır. Azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha nümayiş etdirmişdir.

Konfederasiya sədri  qeyd etmişdir ki, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına «20 Yanvar şəhidi» fəxri adı verilməsi barədə 17 yanvar 2000-ci il tarixdə xüsusi fərman  imzalamışdır.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.

17.01.14.3 17.01.14.1

17.01.14.2

Azərbaycan Həmkarlar İttifaqlarının xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz tutduğunu deyən sədr onu da vurğulamışdır ki, gündəlik fəaliyyətimizdə şəhid  ailələrinə yardımlar göstərilməsi, güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi istiqamətində görülən işlər mütəmadi olaraq davam etdirilir. Onların problemlərinin və gündəlik qayğılarının həll edilməsi ilə bağlı bizim təşkilatlara edilən müraciətlərə daim diqqətlə yanaşılmışdır. Bu günə qədər AHİK və onun üzv təşkilatları tərəfindən şəhid ailələri yüzlərlə istirahət və müalicə yollayışları ilə təmin edilmiş, onlara 200 min manatdan çox maddi yardım göstərilmişdir. Biz bu yöndə işimizi bundan sonra da davam etdirəcək, xalqımızın şəhidlik zirvəsinə ucalmış övladlarının ailələrinin hər bir qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşacağıq.

Daha sonra çıxış edən Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri C. Əliyev, Rabitə İşçiləri Müstəqil HİRK-in sədr müavini R. Səfərov, «Kənd-Qida-İş» Hİ Federasiyasının sədr müavini T. Əliyev, «Xidmət-İş» Hİ Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK, Müdafiə nazirliyi BHİK sədri A. Ağadadaşova, Səhiyyə İşçiləri HİRK – Klinik Tibb mərkəzinin HİK sədri A. Hacıyeva 20 Yanvar faciəsinin xalqımızın istiqlaliyyət,  milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdiyini bildirmişlər.

FAYDALI KEÇİDLƏR