AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Xocalı faciəsi qurbanları anılmışdır

23 Feb 2015

AHİK-in sədrinin müavini Cavanşir Alxasov tədbiri açaraq ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir. Beynəlxalq ictimaiyyətin bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyi vurğulanmışdır.

Bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilməlidir. Dünyanın sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı haqqında acı həqiqətləri bilməli, insanlığa qarşı törədilmiş bu cinayət siyasi-hüquqi qiymətini almalıdır. 

23.02.15.1 23.02.15

C.Alxasov demişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin fəaliyyətini tam müdafiə edir, bu problemin sülh yolu ilə həll olunmasına tərəfdardır. Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüququndan istifadə edəcəkdir. Buna beynəlxalq hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir.

 Anım mərasimində  tarix elmlər doktoru Vəkil Həsənov Xocalı soyqırımı ilə bağlı geniş çıxış etmişdir. Öz çıxışında o, erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərin ağır nəticələrini konkret faktlarla tədbir iştirakçılarına çatdırmış,  bu qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğunu bildirmişdir.


FAYDALI KEÇİDLƏR