AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

25 Feb 2011

 Fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirmişdir. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi nöqtəsi Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımıdır. Bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilməlidir. Dünyanın sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı haqqında acı həqiqətləri bilməli, insanlığa qarşı törədilmiş bu cinayət siyasi-hüquqi qiymətini almalıdır.

Sədr vurğulamışdır ki, xarici ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşlərdə, beynəlxalq tədbirlərdə Xocalı faciəsinin həqiqətlərini onlara çatdırmağımız insanlığa qarşı törədilmiş bu cür dəhşətli cinayətlərin gələcəkdə təkrar olunmaması üçün vacibdir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrin parlamentlərində müzakirə olunur.Tarix elmləri doktoru Vəkil Həsənovun Xocalı soyqırımı ilə bağlı məruzəsində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliyin ağır nəticələri konkret faktlarla nəzərə çarpdırılmışdır. Bu qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğu vurğulanmışdır.

xocal1 xocali2

FAYDALI KEÇİDLƏR