AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir

31 Oct 2012

Birinci məsələ barəsində tədbir iştirakçılarını S. Mehbalıyev məlumatlandırmış, qərara alınmışdır ki, V Məclisin növbəti iclası noyabrın 8-də saat 12-də keçirilsin. Məclisdə AHİK-in IV qurultayının çağırılması məsələsinə baxılsın.

Konfederasiyanın zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyev İK-in üzvlərinə ikinci məsələyə dair layihəni təqdim etmişdir.

Layihəyə əsasən, işəgötürənlər yüksək ixtisaslı işçilərin işə cəlb olunması və onların uzun müddət fəaliyyət göstərməsi üçün əməkhaqqından əlavə tutumlu sosial paketlər təklif edirlər. Çünki işəgötürənlər yaxşı başa düşürlər ki, işçi qüvvəsinə çəkilən genişmiqyaslı xərclər əmək məhsuldarlığının artırılmasını stimullaşdırır, eyni zamanda məhsulun maya dəyərinə daxil edilən məsrəflərin optimallaşdırılmasına imkan yaradır.

Layihədə qeyd olunur ki, Azərbaycanda 2000-ci illə müqayisədə işçi qüvvəsinin saxlanılmasına sərf olunan xərclərin orta aylıq məbləği 2010-cu ildə 7 dəfə artaraq 511 ABŞ dolları (410 manat) təşkil etmişdir. Həmin xərclərin böyük payı-80,8 faizi əməkhaqqı üçün ayrılır.

Layihədə işləməyən vaxta (məzuniyyət, iş vaxtının itirilməsi, boşdayanmalar və sair), sosial təminatlara, peşə hazırlığına, mədəni-məişət xidmətinə və sair problemlərin həllinə ayırmalar barədə təhlillər öz əksini tapmışdı. Kollektiv danışıqlar apararkən həmkarlar ittifaqlarının bu məsələlərə xüsusi diqqət yetirməsi tövsiyə olunurdu.

31.11.12.1 31.11.12

Geniş müzakirələrdən sonra layihə bəyənilmiş və müvafiq qərar qəbul edilmişdir. Qərarda tövsiyə olunur ki, üzv və onların xidmətində olan bütün həmkarlar ittifaqı təşkilatlarına, işçi qüvvəsinə sərf olunan xərclərin düzgün hesablanması və onların istifadəsinə ictimai nəzarətdə iştirak etsinlər.

Müəssisənin iqtisadi imkanları daxilində mənzil, peşə hazırlığı, mədəni-məişət ilə bağlı xərclərə daha çox diqqət yetirsinlər.

AHİK-in İcraiyyə Komitəsinin "İşçi qüvvəsinin saxlanmasına çəkilən xərclər haqqında" 03 avqust 2012-ci il tarixli 16 b. 36 ə saylı qərarının yerinə yetirilməsinə və işçi qüvvəsinə çəkilən xərclərin tərkibində sosial paketə daxil olan müddəaların nəzərə alınmasına səylər artırılsın.

Üçüncü məsələ barədə Konfederasiyanın zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik-təhqiqat şöbəsinin müdiri Namiq Hüseynovun məlumatı dinlənilmiş və təsdiq olunmuşdur.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev iclasın gündəliyində olan hər bir məsələyə münasibət bildirmişdir.

FAYDALI KEÇİDLƏR