AZ | RU | EN

AHİK-in üzv təşkilatlarında 2012-ci ilin fevral ayının II yarısında keçirilən əsas tədbirlər haqqında məlumat

06 Mar 2012

Neft və Qaz Sənayesi İşçilləri HİRK 

1. «Kompleks Qazma İşləri» Trestinin HİK-in təşkilatçılığı ilə «Əməyin mühafizəsi və təhlükəsiz iş yerləri» mövzusunda tədbir keçirilmişdir.

2. AHİK-in akt zalında Respublika Komitəsinin Gənclər Şurasının iclası keçirilmişdir. İclasda Gənclər Şurası Rəyasət Heyətinin 15 nəfərdən ibarət tərkibi formalaşmış, Şuranın komissiyaları yaradılmışdır. İclasda RK-nın səlahiyyətli nümayəndələri iştirak etmişdir.

 

3.Fevralın 15-də «Azərikimya» İB-nin konfrans zalında HİK-in təşkilatçılığı ilə «Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması xidmətinin inkişaf planı»na uyğun olaraq, iki yeni layihənin: nəqliyyat işçiləri və qapalı sahələrdə çalışan fəhlələr üçün maarifləndirici təqdimat tədbiri keçirilmişdir.

4. ARDNŞ-in Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ekoloji tədbirlərin həyata keçirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərə həsr edilmiş geniş tədbir keçirilmişdir. Tədbirdə RK-nın səlahiyyətli nümayəndələri iştirak etmişdir.

5. ARDNŞ-nin təşəbbüsü ilə Sumqayıt şəhər Şahmat məktəbində «Azərikimya» İB HİK-nin təşkilatçılığı ilə müəssisə, idarə və təşkilatların komandaları arasında şahmat turniri keçirilmişdir. Qaliblərə mükafatlar təqdim edilmişdir.

6.  ARDNŞ-in əmək şəraiti normalarının işlənməsi idarəsi və “Azərbaycan Neft Təsərrüfatı” jurnalı HİK-də hesabat-seçki yığıncaqları keçirilmişdir.Yeni seçilmiş heyətə metodiki köməklik göstərilmişdir.

7. Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş yürüşdə sahə üzrə bütün ilk həmkarlar ittifaqı təşkilatları iştirak  etmişdir.

  

 

 

Aviasiya İşçiləri HİRK

 

1.    Fevralın 22-də «Azərbaycan Hava Yolları» QSC-in Milli Aviasiya Akademiyasında müəllim-tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş yığıncaq keçirilmiş, Milli Aviasiya Akademiyasının komandası isə fevralın 24-də Gənclər və İdman Nazirliyinin respublika ali məktəblərinin tələbələri arasında təşkil etdiyi «Mahir nişançı» güllə atıcılığı yarışında iştirak etmişdir.

2.    Fevralın 26-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı keçirilən Ümumşəhər yürüşündə «ADY» QSC-in rəhbərliyi, kollektivi və Respublika Komitəsinin aparat işçiləri iştirak etmişdir.

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Azad Hİ

 

1.     Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı gənc alimlərlə görüş keçirmişdir. Görüşdə onların mənzil problemindən danışılmış, Azad Həmkarlar İttifaqı Rəyasət Heyəti tərəfindən əlaqədar təşkilatlara müraciətlər hazırlanmışdır.

2.     Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirmişdir.

 

 

Bələdiyyə İşçiləri Hİ

 

1.    Xocalı soyqırımı ilə bağlı Həmkarlar İttifaqının aparat işçiləri Ümumşəhər yürüşündə iştirak etmiş, xatirə kompleksini ziyarət etmişlər.

2.    Azərbaycan Bələdiyyələri Milli Assosiasiyaları özünün ilk həmkarlar ittifaqı təşkilatını yaratmış və üzv təşkilat kimi qəbul olunması barədə ABİHİ-yə müraciət etmişdir.

3.    Bakı şəhəri Xətai, Yasamal, Yeni Suraxanı, Hövsan, Əmircan, Qaraçuxur, Nizami və Sumqayıt, Mingəçevir bələdiyyələrinin ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat- seçki iclasları keçirilmişdir.

 

 

«Baku Stil Kompani» MMC İşçiləri HİB

 

1.    Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmiş, Xocalıdan olan 2 qaçqın ailəsinə HİK tərəfindən maddi yardım göstərilmişdir.

2.    «Baku Stil Compani» MMC-in əmək veteranı Tofiq Balakişiyevin təqaüdə çıxması ilə əlaqədar olaraq HİK-də tədbir keçirilmiş, ona xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK

 

1.    Fevralın 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilmiş və yeni sədr seçilmişdir. Yığıncaqda Respublika Komitəsinin nümayəndəsi iştirak etmişdir.

2.    Fevralın 26-da Respublika Komitəsinin aparat işçiləri və xidməti sahəsinə daxil olan həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş Ümumşəhər yürüşündə iştirak etmiş, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoymuşdur. Faciə zamanı həlak olanların ailələrinə və ehtiyacı olanlara maddi yardımlar edilmişdir.

3.    Hİ Qəbələ rayon komitəsinin Rəyasət Heyətində ilk təşkilatlarda keçirilmiş hesabat-seçki yığıncaqlarının yekunlarına həsr olunmuş müzakirələr aparılmış, yeni seçilmiş ilk təşkilat sədrlərinə tövsiyyələr verilmişdir.

4.     Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin tərkibinə daxil olan bir neçə ilk həmkarlar ittifaqı təşkilatında, о cümlədən Hərbi Hospitalda hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda Respublika Komitəsi sədrinin birinci müavini A.Əliyeva iştirak etmişdir.

 

 

Dəmiryolçuların Müstəqil HİRK

 

1.           Respublika Komitəsinin tabeliyində olan Sərnişin Daşımaları Departamenti və Həkim-Sanitar Xidmətinin BHİK-də, Mühafizə İdarəsi, «Dəmiryolservis» MMC, İnfrastruktur Departamentinin müəssisələrinin ilk və sex həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki konfrans və yığıncaqları keçirilmişdir.

2.          Fevralın 15-16-da Respublika Komitəsinin nümayəndə heyəti Gürcüstanın Kobuleti şəhərində «Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətləri» mövzusunda keçirilən regional seminar-müşavirədə iştirak etmişdir.

 

 

Dəniz Nəqliyyatı İşçiləri Müstəqil HİRK

 

1.    Sahə xidmətinə daxil olan «Dənizçi» mərkəzində həmkarlar ittifaqı fəallarının iştirakı ilə Xocalı soyqrımının 20 illiyi ilə əlaqədar «Xocalı soyqrımı- Bəşəriyyətə qarşı yönəlmiş cinayətdir» mövzusunda «Dəyirmi masa» təşkil edilmişdir.

2.     Respublika Komitəsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Respublika Komitəsinin Sahə xidmətinə daxil olan ilk təşkilatlarda hesabat-seçki kampaniyasının keçirilməsinə hazırlığın vəziyyəti, hesabat-seçki yığıncaqlarının (konfranslarının) keçirilmə qaydası, Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının IV qurultayının keçirilməsinə hazırlıq haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

 

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK

(ELEKTRO-İŞ)

 

1.    Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva şəhəri) keçirilən tədris kursunda Sahə həmkarlar ittifaqının nümayəndəsi iştirak etmişdir.

2.    Sahə həmkarlar ittifaqının nümayəndələri AHİK-in Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə "Qeyri-formal sektorda diskriminasiyanın formaları və onun qarşısının alınmasında həmkarlar ittifaqının rolu" mövzusunda keçirilən konfransda iştirak etmişdir.

3.    Respublika Komitəsinin sədri «Azərenerji» ASC-nin müəssisələri arasında əməyin mühafizəsinə dair keçirilən baxış-müsabiqənin şərtlərinin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq üçün «Sumqayıt Elektrik Stansiyası», «Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi», «Azərbaycan Elmi-Tədqiqat Layihə-Axtarış Energetika İnstitutu» MMC-lərdə olmuşdur.

 

 

İnşaat Kompleksi İşçiləri Müstəqil HİRK

 

1.     Fevralın 21-22-də AHİK-in və Beynəlxalq Əmək Təşkilatının təşkilatçıığı ilə keçirilən konfranslarda Sahə Həmkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.

2.      Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Respublika Komitəsinin üzv təşkilatları silsilə tədbirlər keçirmiş və Xocalı soyqırımına həsr olunmuş Ümumşəhər yürüşündə iştirak etmiş, fevralın 25-də «Akkord» korporasiyasının rəhbərləri Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə “Xocalı soyqırımı” abidəsinin qarşısına əklil qoymuşdur.

3.      FHN-in Tikintidə Təhlükəsızliyə Nəzarət Dövlət Agentliyinin S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunda, Tikintidə Qiymətqoyma Mərkəzində və Baş Dövlət Tikinti müfəttişliyində hesabat-seçki yığıncaqları keçirilmişdir. Həmkarlar İttifaqı Komitəsinin və təftiş komissiyasının sədrinin   hesabatları dinlənilmiş, HİK-in hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

  

 

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri

Hİ Federasiyası (Kənd-Qida-İş)

 

1.    Cəlilabad rayonunda yerləşən «Dalğa 94» MMC-də Hİ təşkilatı yaradılmışdır.

2.    Fevralın 26-da Federasiyada və üzv təşkilatlarda Xocalı faciəsinin 20 illiyi geniş şəkildə qeyd olunmuşdur.

  Federasiyanın aparatında faciənin qurbanları anılmış, bir nəfər Xocalı sakini  tədbirə dəvət edilmiş və ona maddi yardım göstərilmişdir.

3.    Sahə Hİ Yevlax rayon komitəsi üzv təşkilatların fəalları ilə birgə rayonun «Şəhidlər Xiyabanı»nı ziyarət etmiş, daha sonra rayondakı H.Əliyev Sarayında keçirilən tədbirdə iştirak etmişdir.

4.    Sahə Hİ Qax, Salyan, Ağdaş, Abşeron, Beyləqan rayon komitələri rayon icra hakimiyyətləri ilə birlikdə Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə  iştirak etmişdir.

5.    Sahə Hİ Goranboy rayon komitəsi Rəyasət Heyətinin üzvləri ilə birlikdə rayonda keçirilən tədbirlərdə fəal iştirak etməklə yanaşı, rayonun  Ağcakənd  kəndində məskunlaşmış 3 Xocalı ailəsinə baş çəkmiş, həmin ailələrə maddi yardım göstərmişdir.

 

 

Mədəniyyət İşçiləri Müstəqil HİRK

 

1.  Fevralın 21-də AHİK-in və BƏT-in təşkilatçılığı ilə «Ailə öhdəiikləri olan işçilər haqqında 156 №li Konvensiyasının iş yerlərində tətbiqi» mövzusunda keçirilən konfransda Respublika Komitəsinin sədri C.Səttarova və aparatın məsul işçiləri iştlrak etmişdir.

2.   Fevralın 24-də Respublika Komitəsinin Rəyasət Heyətinin iclası keçirilmişdir.

3.    RK-nın xidmətində olan şəhər və rayon həmkarlar ittifaqı təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi və Respublika Komitəsində təsdiq edilməsi kampaniyası davam etdirilmişdir.

4.   Fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar RK-nın aparat işçiləri Bakı şəhərində keçirilən ümumxalq yürüşündə iştirak etmişdir.

5.   Hİ-nin bütün şəhər və rayon komitələrində Xocalı soyqırımı ilə bağlı Mədəniyyət və Turizm İdarə və Şöbələri ilə birlikdə silsilə tədbirlər keçirilmiş, xatirə abidələri qarşısına əklillər qoyulmuşdur.

 

 

Metal İşçiləri HİF

 

1.     Federasiyanın xidmət sahəsinə daxil olan «Suraxanı MQZ» TASC, «Bakı Fəhləsi MQZ» TASC, «Zərgərsənaye» İB, «Sərdarov MQZ» TASC, «Bakı Neft MQZ» TASC, «Azinmaş» TASC, «Xəzər-Lada» SC, «Səbail MQZ» TASC və digər təşkilatlarda  HİK-in hesabat-seçki yığıncaqları keçirilmişdir.

2.     Federasiyanın İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda cari məsələlərlə yanaşı «MİHİF-in həmkarlar ittifaqı fəallarının təhsili üzrə daimi fəaliyyət göstərən seminarın 2012-ci il üçün iş planı haqqında» məsələyə də baxılmışdır.

 

 

 Müdafiə Sənayesi İşçiləri HİRK

 

1.     Respublika Komitəsinin növbəti Məclisi keçirilmişdir. Məclisdə Həmkarlar İttifaqının ilk təşkilatlarında hesabat-secki yığıncaqlarının (konfranslarının) keçirilməsi, Həmkarlar İttifaqının 2011-ci il üzrə ümumi büdcəsinin icrası, təşkilati və digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.

2.     Respublika Komitəsində «Hesabat-seçki yığıncaqlarının (konfranslarının) hazırlanması və keçirilməsi» mövzusunda silsilə seminar-müşavirələr keçirilmişdir.

3.     Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Sahə Həmkarlar İttifaqı fəallarının iştirakı ilə tədbirlər keçirilmiş, faciə qurbanlarının xatirəsi yad edilmişdir.

Respublika Komitəsinin nümayəndələri Ümumşəhər yürüşündə iştirak etmişdir.

4.     Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda «Gənclər günü» ilə əlaqədar Respublika Komitəsinin nümayəndəsinin iştirakı ilə tədbir keçirilmişdir.

 

 

 

Rabitə İşçiləri Müstəqil HİRK

 

1.    Fevralın 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimdə Rabitə və İnformasiya Texnologiyaları naziri Ə.Abbasov və nazirliyin aparat işçiləri, RK-nın sədr müavini, həmçinin rabitə müəssisələrinin rəhbərləri, HİK sədrləri və Xocalıdan olan 25 məcburi köçkün rabitəçi iştirak etmişdir. Tədbirin sonunda Xocalı məcburi köçkün rabitəçilərə maddi yardım verilmişdir.

2.     Fevral ayının 20-dən 29-dək Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Balakən, Zaqatala, Qax Poçt Filialı və Telefon Qovşaqlarında RK-nın nümayəndələrinin iştirakı ilə hesabat-seçki yığıncaqla (konfransları) keçirilmişdir.

 

 

Təhsil İşçiləri Azad HİRK

 

1.    Fevralın 26-da Xocalı qurbanlarının anım gününə həsr olunmuş ümumxalq yürüşündə Respublika Komitəsinin əməkdaşları iştirak etmişdir.

2.    Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu təşkilatlarda Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunmuşdur.

3.    Fevralın 21-də AHİK-in və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə «Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının işyerlerində tətbiqi və inkişafı» movzusunda və fevralın 22-də «Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu» mövzusunda Bakı şəhərində keçirilən konfranslarda Respublika Komitəsinin və üzv təşkilatların əməkdaşları iştirak etmişdir.

4.    Respublika Komitəsi sədrinin birinci müavini H.Nağıyev BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 56-cı sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə ezam olunmuşdur.

 

 

Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK

 

1.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki «Ekosport» idman klubu  fevraın 18-19-da Qusar rayonunun Ləzə kəndində keçirilmiş buzadırmanmanın sürətli növü üzrə Respublika çempionatının təşkilində yaxından iştirak etmişdir.

2.    Fevralın 21-də AHİK-in və BƏT-in təşkilatçılığı ilə «Ailə öhdəiikləri olan işçilər haqqında 156 №li Konvensiyasının iş yerlərində tətbiqi» mövzusunda və fevralın 22-də «Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu» mövzusunda Bakı şəhərində keçirilən konfranslarda Respublika Komitəsinin sədri, Komitənin və üzv təşkilatların əməkdaşları iştirak etmişdir.

3.    «Yaşıllaşdırma» ASC-nin tərkibindəki İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsində işçilərin əmək şəraitinin vəziyyəti əməkdaşlarımız tərəfindən araşdırılmış və tövsiyyələr verilmişdir.

4.    26 fevral-Xocalı soyqırımı ilə əlaqədar keçirilən Ümumşəhər yürüşündə Respublika Komitəsinin və üzv təşkilatların əməkdaşları iştirak etmişdir.

 

 

Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK

 

1.    AHİK-in və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə «Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının iş yerlerində tətbiqi və inkişafı» movzusunda keçirilən konfransda Respublika Komitəsinin işçiləri iştirak etmişdir.

2.    Fevralın 26-da «Xocalıya ədalət» devizi ilə keçirilən yürüşdə Respublika Komitəsinin işçiləri və həmkarlar ittifaqı fəalları iştirak etmişdir.

3.    H.Z.Tağıyev adına TTSK ASC-nin klubunda «Xocalıdan keçən yol» adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.

 

 

Yerli Sənaye və Kommunal-Məişət

Müəssisələri Fəhlələrinin HİRK

 

1.    Fevralın 15-də Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Respublika Komitəsinin 2011-ci il büdcəsinin yerinə yetirilməsi, 2012-ci il büdcə və ştat cədvəlinin təsdiq edilməsi, texniki əmək müfəttişliyinin 2011-ci ildə gördüyü işlər barədə, gənclər siyasətinin həyata keçirilməsi üzrə 2010-2013-cü illər ücün HİK-in tədbirr planın yerinə yetirilməsi və s. cari məsələlərə baxılmışdır.

2.    «2 fevral - Gəncr Günü» münasibəti i Respublika Komitəsində sahə müəssisə və təşkilatlarında işyən gənc həmkarlar ittifaqı fəalları ilə görüş keçirilmişdir. Bir qrup gəncə hədiyyər təqdim edilmişdir.

3.    Sahə həmkarlar ittifaqı komitəri tərəfindən Xocalı faciəsi almış, faciə qurbanla  abidəsinin önünə gülr qoyulmuşdur. Respub­lika Komitəsinin himayəsində olan, Xocalı faciəsində şəhid olmuş kommunal müəssisələri kombinatın rəisi Rövşən Məmmədovun aisinə maddi yardım verilmisdir.

4.    Sahə həmkarlar ittifaqı təşkilatlanda keçirin hesabat-seçki yığıncaqlanda Respublika Komitəsinin məsul işçiri iştirak etmişdir.

 

 

«Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası

 

1.    Fevralın 21-də AHİK və BƏT-in təşkilatçılığı ilə «Ailə öhdəlikləri olan işçillər haqqında  156 saylı Konvensiyanın iş yerlərində tətbiqi və inkişafı» mövzusunda və fevralın 22-də «Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu» mövzusunda keçirilən konfranslarda Federasiyanın vitse-prezidentləri S.Tahirova və C.İsmayılov və iştirak etmişdir.

2.    Fevralın 22-də Federasiyanın vitse-prezidenti, «Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası»nın sədri S.Tahirovanın rəhbərliyi ilə geniş iclas keçirilmişdir. Gündəlikdə əsas məsələlərdən biri Federasiyanın GBQP üzrə komissiyasının illik hesabatı, görülən işlər və fəaliyyəti haqqında olmuşdur.

3.    Fevralın 23-də AHİK-in iclas zalında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş yığıncaqda Federasiyanın nümayəndələri iştirak etmişdir.

4.    Fevralın 24-də Federasiyanın binasında «Xocalıya ədalət» kampaniyası çərçivəsində yığıncaq keçirilmişdir.

5.    Fevralın 26-da Xocalı qurbanlarının anım gününə həsr olunmuş ümumxalq yürüşündə Federasiyanın fəalları iştirak etmişdir.

 

 

Səhiyyə İşçiləri HİRK

 

1.     Dövlət Neft Şirkətinin sosial inkişaf idarəsinin balansında olan tibb müəssisələrinin Səhiyyə Nazirliyinin balansına verilməsi ilə əlaqədar həmin müəssisələrin həmkarlar ittifaqı təşkilatlarının Respublika Komitəsinin  üzv təşkilatı kimi qeydiyyata alınması üçün müvafiq tədbirlər görülmüşdür.

2.    2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası barədə məlumat AHİK-ə təqdim edilmişdir.

3.    AHİK-in Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil etdiyi «Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının iş yerlərində tətbiqi və inkişafı» «Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə BƏT-in rolu» mövzularında keçirilən konfranslarda  Respublika Komitəsinin nümayəndələri iştirak etmişdir.

4.    Bakı şəhəri 2 saylı tibb məktəbində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Respublika Komitəsinin sədr müavini A.Manafova iştirak etmişdir.

5.    Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən Ümumşəhər yürüşündə Respublika Komitəsinin aparat işçiləri iştirak etmişdir.

6.    Ə.Əliyev adına Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutunda əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətin hesablanması və ödənilməsi vəziyyəti araşdırılmış və praktiki köməklik göstərilmişdir.

 

Sahibkarlıq və Elm, Elmi-İstehsalat

Müəssisələri İşçiləri Müstəqil HİRK

 

1.     Fevralın 25-də Ağdam rayonunun Quzanlı qəsəbəsinin mədəniyyət sarayında  Hİ Ağdam rayon komitəsi rayon İcra Hakimiyyəti ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirmişdir. Tədbirdə Ağdam rayon mədəniyyət evinin hazırladığı «Bu kənd bizim kəndimizdir» ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir.  Faciəni yaşamış 210 nəfər Xocalı sakini tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Xocalı faciəsində əlil olmuş insanlara yardımlar paylanmışdır.

2.    Fevralın 29-da Respublika Komitəsində Bakı şəhəri üzrə rayon komitə sədrləri və onların ilk təşkilatlarının birgə seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə 2012-ci ildə keçiriləcək hesabat-seçki kampaniyası ilə bağlı Respublika Komitəsinin sədr müavini Z.Bünyatova məruzə etmişdir. Seminar iştirakçılarına hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar təlimatlar və sənədlər paylanmışdır.

 

 

Su Təsərrüfatı İşçiləri HİRK

 

1.     Respublika Komitəsində üzvlük haqlarının vaxtlı-vaxtında  yığılması ilə əlaqədar  bir sıra araşdırmaların aparılması ilə bağlı tədbir keçirilmiş, yaranan  problemlərin həlli üçün HİK sədrlərinin təklifləri müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuşdur.

2.     Respublika Komitəsi «Azərsu» Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş bir sıra anım tədbirləri və toplantı keçirmiş, təşkilatlarda çalışan  Xocalı qaçqınlarının problemləri ilə yaxından tanış olaraq həlli üçün müvafiq tədbirlər görmüşdür. Toplantıdan sonra HİK sədrləri və fəallarla birlikdə faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulmuşdur.

 

 

  

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi