AHİK-in V Məclisi keçirilmişdir
08 Nov 2012
İclası açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının mövcud durumu qarşısında duran vəzifələr barədə qısa məlumat vermişdir. Demişdir ki, ölkəmiz çox əlamətdar günlərini yaşayır. Get-gedə həm iqtisadi, həm də sosial inkişaf baxımından Avropanın ayrılmaz hissəsinə çevrilmişdir.
Biz həmkarlar ittifaqı təşkilatı olaraq işçi insanların, onların ailələrinin qabaqcıl ölkələrin əhalisi səviyyəsində yaşamasına nail olmaq istiqamətini fəaliyyətimizdə əsas götürmüşük. Növbəti qurultayımızda bu istəyimizin reallaşmasının yollarını müəyyənləşdirməliyik.
S.Mehbalıyev qeyd etmişdir ki, ilk yerli təşkilatlarda, sahə həmkarlar ittifaqlarında keçirilmiş hesabat-seçki yığıncaqları, konfranslar uğurlarımızın, çətinliklərimizin aşkara çıxarılması baxımından əhəmiyyətli oldu. Biz sıralarımızı yeni, gənc, perspektivli kadrlarla möhkəmləndirdik.
Sonra Məclis IV qurultayın çağrılması ilə bağlı məsələnin müzakirəsinə başlanmış və qərar qəbul edilmişdir.
Qərar hissəsi saytın "MƏCLİS" bölməsində yerləşdirilmişdir.