AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri jurnalistləri təbrik etdi

22 Jul 2015

2207151İyulun 22-də Milli Mətbuat Günü münasibəti ilə AHİK-də "Ülfət" qəzetinin və Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin  əməkdaşları ilə görüş keçirilib.

AHİK-in sədri millət vəkili Səttar Mehbalıyev Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib.Səttar Mehbalıyev bildirib ki, Azərbaycanda azad medianının yaranması və inkişafı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir.Hazırda prezident İlham Əliyevin söz və mətbuat azadlığına, onun davamlı inkişafına göstərdiyi xüsusi diqqəti hər birimiz görürük. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, internet portalları fəaliyyət göstərir.

22.07.15

Səttar Mehbalıyev bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 200-ə yaxın mətbuat işçisi fəxri adlarla, ordenlər və medallarla  təltif olunub.

AHİK sədri qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb, birdəfəlik yardımlar göstərilib.

Sonda AHİK sədri Səttar Mehbalıyev jurnalistlərə mükafatlar təqdim edib.

FAYDALI KEÇİDLƏR