Ali məktəb tələbələrinə ATİAHİ Respublika Komitəsinin təqaüdü təqdim edilmişdir
23 Oct 2012
AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda gənclərə göstərilən qayğıdan, bu istiqamətdə görülən işlərdən danışmışdır.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S.Mehbalıyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin inkişafı, onların təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulamışdır. O demişdir ki, proqram çərçivəsində yaxşı oxuyan tələbələrə təqaüdlərin verilməsi də ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin 1995-ci ildə qərarı ilə təsdiq edilmiş təqaüd komitənin gənclərlə bağlı həyata keçirdiyi uğurlu layihələrdən biridir. Bu günədək 1500-dən çox tələbə bu təqaüddən yararlanmışdır.
Həmkarlar ittifaqı təşkilatları tərəfindən həyata keçirilən tədbirlərdən danışan S.Mehbalıyev ali təhsil ocaqlarında fəaliyyət göstərən tələbə həmkarlar təşkilatlarının sədrlərinə bəzi tövsiyələrini vermişdir.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin təqaüdü 20 ali təhsil ocağının 59 tələbəsinə təqdim olunmuşdur.