AZ | RU | EN
AZ | EN | RU

Ali məktəb tələbələrinə təqaüdlərin təqdimat mərasimi keçirilmişdir

22 Oct 2013

21.10.13.2Oktyabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkədə dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1.600 nəfər yaxın tələbə bu təqaüddən yararlanmışdır.

Gəncləri savadlı, təhsilli yetişdirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu bildirən S.Mehbalıyev qeyd etmişdir ki, bu gün 2.700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənilir. O, təqaüd alan tələbələrin bundan sonra da ictimai həyatda fəal iştirak edəcəklərinə inandığını bildirmişdir.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirmiş, tələbələrə uğurlar arzulamışdır.  
Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir.

21.10.13.1 21.10.13

FAYDALI KEÇİDLƏR