AZ | RU | EN
AZ | EN | RU

Ali təhsil müəssisələri tələbələrinin XI Respublika Universiadasının açılış mərasimi olmuşdur

01 May 2013

img_6907Mayın 1-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş ali təhsil müəssisələri tələbələrinin XI Respublika Universiadasının təntənəli açılış mərasimi olmuşdur.

 

Mərasimdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Demişdir ki, tələbələrin XI Respublika Universiadası müstəqil dövlətimizdə tələbə-gənclərin fiziki sağlamlığının və mənəvi kamilliyinin artırılmasına xidmət göstərən minlərlə kompleks yarışdan biridir.

Məlumdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində respublikamızda tələbə idmanı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

1999-cu ildən etibarən respublikamız beynəlxalq idman aləmində böyük nüfuza malik olan Beynəlxalq Universitet İdmanı Federasiyasının (FİSU) tam hüquqlu üzvüdür. Respublikamızın tələbə-idmançıları bu təşkilat tərəfindən keçirilən tədbirlərin fəal iştirakçılarıdırlar. Onlar ümumdünya universiadalarında, dünya çempionatlarında və tələbələrin digər beynəlxalq turnirlərində ildər-ilə daha möhtəşəm nailiyyətlərə imza atırlar.

Səttar müəllim çıxışının sonunda yarış iştirakçılarının hər birinə bu universiadada qələbə sevinci arzulamışdır.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov gənc idmançılara dövlət qayğısından danışmışdır. Mərasim universiadada təmsil olunan ali məktəblərin komandalarının paradı və konsert proqramı ilə davam etmişdir.

FAYDALI KEÇİDLƏR