AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə aztəminatlı əməkdaşlara yardımlar edildi
03 Jul 2020
Bütün dünyanı cənginə alan COVİD19 virusu ilə bağlı ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş karantin rejiminin davam etməsinə baxmayaraq, bir sıra dövlət əhəmiyyətli qurumlar kimi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz olaraq davam etdirir.
AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə RSXM-in Həmkarlar
Təşkilatı iyulun 1-də mərkəzin 24 nəfər aztəminatlı əməkdaşına ərzaq yardımı
paylayıb.
Qeyd edək ki, paylanan yardım paketləri 15 çeşiddə ərzaq
məhsullarından ibarətdir.