AZ | RU | EN

AMEA-nın Azad Həmkarlar İttifaqı ilə Türkiyənin “Memur-Sen” Konfederasiyası arasında müqavilə imzalanıb

27 Nov 2018

Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Türkiyənin Ankara şəhərində “Memur-Sen” Konfederasiyasının sədri Əli Yalçınla görüşüb.

Görüşdə bölgədə gedən proseslər, bu proseslərin həmkarlar ittifaqının fəaliyyətinə təsiri və sair məsələlər barədə danışılıb. Sonra AHİ və konfederasiya, onun üzv qurumları arasında 5 il müddətinə müqavilə imzalanıb. Müqavilədə informasiya, iş təcrübəsinin mübadiləsi, birgə seminarların keçirilməsi, tədris mərkəzlərinin əməkdaşlığı, qarşılıqlı səfərlər və sair nəzərdə tutulub.
İmzalanma mərasimində konfederasiyanın və üzv təşkilatların məsul şəxsləri iştirak ediblər.